cimmek

Günün hansı saatlarında duş qəbul etmək daha düzgündür?

Baxış sayı: 786

Hər kəsin duş vərdişi fərqlidir. Bəziləri uzun müddət çimmək, bəziləri tez duşa girmək və çıxmağı sevirlər. Bəs ən uyğun vaxt hansıdır: səhər, ya axşam duş qəbul etmək?

Əslində bunun elə də böyük fərqi yoxdur. Biz sizə səhər və ya axşam duş qəbul etməyin müsbət və mənfi cəhətlərini çatdırcağıq. Seçim etmək sizə qalacaq.

Beləliklə, xarici KİV-ə istinadən duş almaq üçün günün ən doğru zamanlarını təqdim edirik:

Səhər duşunun müsbət və mənfi tərəfləri

Gecə meydana gələn tər və bakteriyaları təmizləyir

Xüsusilə yaz aylarında gecə yatarkən tərləyə bilərik. Belə vaxtlarda səhər duşu dərinizi təmizləyəcək və sizin özünüzü daha yaxşı hiss etməyinizə imkan verəcək. Əgər dərinizi tərli və yağlı hiss edirsinizsə, duş qəbul edin.

Təravətləndirici bir oyanış

Səhər qəbul olunan duş sizi ayıltmağa və enerjinizi yerinə yetirməyə kömək edəcək. Səhər oyanmaqda çətinlik çəksəniz, duş qəbul etməyiniz yaxşı bir fikir ola bilər. Tədqiqatların fikrincə, qəbul olunan duş insanın bütün gün aktiv olmağına kömək edir.

Günün yorğunluğu səndə qala bilər

Günün sonunda dərimizdə çoxlu kir və qalıq toplanır. Duş qəbul etmək üçün səhəri gözləsəniz, bu kir gecə boyunca dərinizdə qalar və sizə narahatlıq yarada bilər.

Axşam duşunun müsbət və mənfi cəhətləri

Rahatlanmaq üçün əla üsuldur

Səhər duşunun oyanmağa təsiri olduğu kimi, axşam duşu da sakitləşdirici və rahatlaşdırıcı təsir göstərir. Bir çox insan axşam duşunu yalnız dərinin təmizlənməsi üçün deyil, uzun yorucu bir gündən sonra sakitləşmək üçün də qəbul edir. Tədqiqatlar bunu dəstəkləyir və yatmazdan bir saat əvvəl ilıq duş qəbul etməyin yuxugətirici təsiri olduğunu bildirirlər.

Günün kirindən qurtulursan

Heç evdən çıxmasanız və tərləməsəniz də, gün boyunca yağ və bakteriya dərinizdə toplana bilər. Gün ərzində dərinizdəki kir və qalıqlardan xilas olmağın ən yaxşı yolu günün sonunda duş qəbul etməkdir.

Yağlılıq hissi ilə oyana bilərsiniz

Yatarkən dəri daha çox sebum çıxara bilər. Bu səbəblə xüsusilə yağlı dərisi olanlar yuxudan oyandıqları zaman bir az yağlı görünə bilərlər. Axşam duşu səhər yağlı dəri ilə oyanmanın qarşısını ala bilməz. Digər tərəfdən, nazik saçlarınız varsa, yaş saçlarla yatarkən səhər oyandıqda onların yağlı və həcmlərini itirmiş olduğunu görə bilərsiniz. Yaş saçlarla yatmaq onların qırılma riskini artırır. Saçınızı qurutmağa tənbəllik edirsinizsə, axşam duşu qəbul etmək sizə görə bir vərdiş deyil!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir