328119

Guştnut – ÖZBƏK MƏTBƏXİNDƏN

Baxış sayı: 1. 975

Bir dəfə də özbək mətbəxinin dadına baxmaq pis olmaz.

Tərkibi:

500 q mal əti (qoyun əti də olar)
400 q noxud
5 orta boy pomidor
1 baş soğan
ədviyyat

Noxudu bir sutka əvvəldən soyuq suda islatmaq lazımdır. Sonra yuyub suyunu süzün.
Həcmi 2-3 dəfə artacaq.

Əti “quşbaşı” doğrayıb ərinmiş yağda qıpqırmızı qızardın.

Pomidorların üzərinə qaynar su tökün.

Ətə noxudu əlavə edin, suyu çəkiləndən sonra, yağa düşəndə daha 5 dəqiqə qovurun.

Noxudun üzərinə çıxanadək su tökün. Qaynara düşəndən sonra qazanın qapağını örtün və vam odda 1 saat bişirin.

1 saat sonra:

Pomidorun qabığını soyun.

Kubik doğrayın.

Qazana əlavə edin.

Qarışdırın. Duz, qara və qırmızı istiot əlavə edin.

Orta itilikli odda 20-30 dəqiqə (qapağı bağlı) bişirin. 2-3 diş sarımsağı əzib əlavə edin, ocaqdan götürün.

Soğanı yarımhalqa doğrayın, soyuq suda yuyub azca sıxın, duz-istiot vurun.

Xörəyi kasalara çəkib kənarına doğranmış soğan qoyun.

Plov, yaxud digər qarnirlə də süfrəyə verə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir