KOK

Həftəlik kök pəhrizi ilə arıqlayın

Baxış sayı: 136

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma effekti verən bir tərəvəzdir. Üstəlik, onun kalorisi başqa tərəvəzlərdən daha azdır.

Kök pəhrizinə riayət etməklə, həftə ərzində 4-5 kq. arıqlamaq mümkündür.

Yeməklər zeytun yağında, az miqdarda bişməlidir.

Hər gün səhər

1 stəkan süd, 1 dilim çörək, 1 stəkan kök şirəsi

 

I gün

Günorta: Köklə qovurulmuş düyü, 100 qr. ağ pendir, bir pay brokkoli

Axşam: Tərəvəz şorbası, közdə bişmiş toyuq, kök salatı

 

II gün

Günorta: Pomidorlu düyü, salat, suda bişmiş bir pay toyuğun döş əti

Axşam: Kök qovurması, 1 tost çörək, 1 ədəd közdə bişmiş badımcan

 

III gün

Günorta: Köklə bişmiş düyü, salat, 1 ədəd alma

Axşam: 150 qr. közdə bişmiş balıq, 2 dilim tost çörək, kök püresi

 

IV gün

Günorta: Köklə bişmiş düyü, 2 pomidor, 1 qab meyvə salatı

Axşam: Toyuqlu kök qovurması, bir pay salat, 1 tost çörək

 

V gün

Günorta: Pomidorlu düyü, salat, 1 dilim ananas

Axşam: Toyuğun döş ətinə sarılmış kök, 2 dilim tost, salat

 

VI gün

Günorta: Kök şorbası, 100 qr. ağ pendir və tərəvəz xörəyi

Axşam: Göyərtili – pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı

 

VII gün

Günorta: Sobada dəm almış tərəvəzli düyü, közdə bişmiş badımcan, 1 kasa meyvə salatı

Axşam: Kök qovurması, 1 dilim tost çörək, 1 kasa salat




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir