et

Həftənin 5 günü ət yemək xərçəng riskini artırır – ARAŞDIRMA

Baxış sayı: 1. 558
Həftədə beş porsiyadan artıq emal edilmiş ət yeyən xüsusi genə malik  insanlarda kolorektal xərçəng riski iki dəfə artıq olur. Kolorektal xərçəng dünya boyu ən çox yayılmış və ən çox ölümə səbəb olan xərçəng növüdür. 
Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Avropada 1800 insan üzərində araşdırma aparılıb ki, bu da ət yeyən insanlarda nitratların artıq olduğunu göstərib. Qurudulmuş, hisə verilmiş, bişmiş və ya qablaşdırılmış ət məmulatlarının müalicəsi var. Amma alimlər bekon, vetçina, kolbasa, sosiska və paştet kimi məmulatları araşdırıblar.
 Alimlər kolorektal xərçəngə tutulmuş 9 min insanın qanı ilə xəstə olmayan 9 min insanın qanlarındakı eyni genomu müqayisə edib. Kolorektaı xərçəng 30 gen növünün birləşməsi ilə yaranan mürəkkəb bir xəstəlikdir. Tədqiqatların nəticələri bu genlərin iki variantına malik olan və hər gün emal edilmiş ət yeyən insanlarda kolorektal xərçəng riskinin yüksək olduğunu göstərib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir