sevgi

Həqiqətən də sevirsiniz? – TEST

Baxış sayı: 208

Həqiqətən də sevirsiniz? ‘Mən onu sevirəm, aşiqəm’ deyirsiniz?  O, axtardığım insandır, doğru insandır’ deyirsiniz? Sevgilinizin sizin üçün ideal olduğunu düşünürsünüz?

Həqiqi və sonsuz məhəbbət qarşılıqlı inam, xoşbəxtlik və digərlərinə hörmət üzərində qurulur.

Bu testlə sevginizi test edə biləcək, özünüzdən bir az daha əmin olacaqsınız.

1. Yaxşı aşiq nəyə qadirdir?

A. Sevgisi uğrunda hər gün özünü qurban edər

B. Sevgisi uğrunda həyatını verər

C. Onun üçün dünyanı dəyişər

2. Sizcə, sevgiliniz sizi nə zaman qiymətləndirir:

A. Bahalı hədiyyələr edəndə

B. Təhlükəli situasiyalarda düşünmədən köməyinizə çatanda

C. Heç zaman çatışmayan cəhətlərinizi vurğulamayanda

3. Bir neçə müddət birlikdə yaşayandan sonra sevgilinizdə bəzi xoşagəlməz xüsusiyyətlər görürsünüz. Buna görə siz:

A. Çalışırsınız ki, onlar yoxa çıxsın

B. Münasibətləri kəsirsiniz

C. Onun olduğu kimi görünməyə haqqı var deyərək daha çox yaxşı cəhətlərinə fikir verirsiniz

4. Yanınızda partnyorunuz başqası ilə heyrətlənir

A. Ona yalnız sizinki olması üçün yalvararsınız

B. Rəqibinizi öldürəcəyinizlə hədələyərsiniz

C. Düşünərsiniz ki, o, yalnız sizə heyran olmamalıdır

5. ‘Mən səni sevirəm’ sözləri nə zaman deyilir?

A. Siz bunu xahiş edəndə

B. Siz danışanda həmişə

C. Təbii alınır

6. Uzunmüddətli münasibətlərin təminatı nədir?

A. Maddi bağlılıq

B. Sönməyən sevgi

C. Dostluq, qarşılıqlı anlaşma və dərin bağlılıq

7. Uşaqlar sizin üçün nə anlama gəlir?

A. Bu, partnyoru saxlamaq üçün əla vasitədir

B. Bu sizin məhəbbət idilliyanızı korlaya bilər

C. Bu, bir-biriniz haqqında mütəmadi xatırlatmadır

8. Partnyorunuzu qane etmək asandır? Bunun üçün

A. Seksual giqant olmalısan

B. Hər dəfə çılğın ehtiras nümayiş etdirməlisiniz

C. Onu nəyin ehtiraslandırdığını tapmalısan

9. Kosmetik vasitələr və parfümeriyadan tez-tez istifadə edirsiniz?

A. Arabir

B. Sevgilinizlə görüşə hazırlaşanda

C. Həmişə, bu sadə qulluqdur

10. Partnyorunuzda təəssürat yaratmağa çalışırsınız?

A. Xeyr, belə də hər şey yaxşıdır

B. Ancaq bunu edirsiniz

C. Siz fərqli bir şeylə heyrətləndirməyi sevirsiniz

11. Hansı deyimlə razılaşırsınız:

A. Məhəbbətə ilk təşəbbüsü həmişə kişi etməlidir

B. Əgər təşəbbüsü qadınlar etsə, kişilər özlərini sıxılmış hiss edirlər

C. Kişilər çox zaman təşəbbüsü qadınların öhdəsinə buraxmağı sevirlər

12. Sonuncu söhbətinizin məzmununu xatırlaya bilərsiniz?

A. Bu, önəmli deyil

B. Bəli, onun hər bir sözü sizin üçün vacibdir

C. Bəli, onun da yadında olduğundan əminsiniz

Nəticələr:

“A” cavabı daha çoxdursa, Deyəsən, sizə nə isə çatmır. Ya münasibətləriniz “ölüb”, ya da yanınızda istədiyiniz adam deyil.

“B” cavabı daha çoxdursa,  Siz əla məşuqsunuz, amma sevginin məğzini elə də dərindən anlamırsınız. Ola bilsin yenicə aşiq olmusunuz və sizi konkret insan yox, məhəbbət ideyasının özü həyəcanlandırır.

“C” cavabı daha çoxdursa, Sizin sevginiz realdır və partnyorunuzla münasibətləriniz düzgün qurulub. Əgər hazırda tənhasınızsa, bu, yalnız təsadüfdür. Bir az da gözləməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir