İdris Sah

Hər evə xoşbəxtlik gətirən 3 ŞƏRQ MÜDRİKLİYİ

Baxış sayı: 983

Əslən əfqanıstanlı olan dünya şöhrətli sufi İdris Şah hesab edir ki, hər bir insanın xoşbəxtliyi üç rəqəmindən, daha doğrusu üç amildən asılıdır.

“Gencaile.az” oxucuları sufinin şərq hikmətləri ilə tanış edir.

Bəzən doğma və yaxınlarımızla münaqişələrimiz olur. Bu bizi çox yorur və fikirləşirik ki, onlar hər fürsətdə bizi incitməyə və üzməyə çalışır. Sonra depressiyaya düşür və sarsıntı keçiririk. Ancaq bütün müsibətlərimiz, xəstəliklərimiz, səhhətimiz, həyatdan narazılığımız öz düşüncələrimizin məhsuludur.

Başımız maddi problemlərə o qədər qarışır ki, daxili harmoniya barədə unuduruq. Görkəmli sufi isə deyir ki, xoşbəxtliyin başlıca sirri özümüzlə ahəngdar yaşamaqdır.

Ustadın sözlərinə görə, həyatımız yalnız 3 amil üzərində qurulub. Yeri gəlmişkən, 3 sayı dünyanın demək olar ki, bütün dinlərində və mədəniyyətlərində müqəddəsdir.

 

İdris Şah 3 amilin müdrik qaydalarını belə izah edir:

3 şey heç vaxt geri qayıtmır: zaman, söz, fürsət.

3 şey itirilməməlidir: sakitlik, ümid, şərəf.

Həyatda bu 3 şey dəyərlidir: sevgi, inam, etibar.

Həyatda 3 şey etibarsızdır: güc, şans, bəxt.

3 şey insanı müəyyənləşdirir: iş, dürüstlük, nailiyyətlər.

3 şey insanı məhv edir: şərab, qürur, hirs.

3 etirafı söyləmək çətindir: “Səni sevirəm”, “Üzr istəyirəm”, “Mənə kömək et”.

Bəs siz müdrikin fikirləri ilə razısınız?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir