moda

Hər yaşda geyinilə bilən 10 geyim

Baxış sayı: 1. 508

Elə geyimlər, elə əşyalar var ki, qadın onu bütün yaşlarda istifadə etmək istəyir. Bəzən bu istək onu insanlar arasında gülünc vəziyyətə salır, bəzən isə tərz sahibi olduğu haqqında komplimetlər eşidir. “Gencaile.az” Foxy.az-a istinadən bütün yaşlarda istifadə etmək istədiyin əşyaların ən yararlı 10-u haqqında yazını təqdim edir.

Göy-ağ xəttli köynək

Düzgün seçilmiş xəttli köynək ağ klassik köynək və cins şalvarla qarderobun əsasını təşkil edir. Klassik göy xəttli köynəklə dənizçi təsiri bağışlamaq olur. Qeyd edək ki, belə tipli köynəklər Fransada “Paris eleqanltılğı”nın əsasını təşkil edir. Göy-ağ xəttli köynəklər dəbdən heç vaxt düşmür. Buna görə də bu köynəyi qarderobuna əlavə edərək istənilən yaşda geyinə bilərsən.

Qısa qara paltar

Coco Chanel təkcə qısa qara paltar haqqında çox bilmirdi, hətta o tüvit gödəkçələr, papaqlar və trikotaj bluzlar haqqında da geniş bilgiyə sahib idi. Və belə bir qısa paltar hər bir qadının qarderobunu bəzəməlidir. Çünki qısa qara paltarı bədən ölçüləri imkan verdikcə istənilən yaşda geyinmək olar.

Qələm ətək

Qələm ətəyin ən gözəl funksiyası çatışmazlıqları gizlədərək gözəl forma nümayiş etdirməsidir. Sakit çalarlı qələm ətək geyinərək ofis “dress-code”-u, parlaq çalarlardakı qələm ətək ilə isə əyləncəli tədbirlər üçün obraz yarada bilərsən.

Printli və ya tikməli gödəkçə

Kim deyib ki, gödəkcə cansıxıcı olur? Bu, əsla belə deyil. Əsasən də printli geyimlərin dəbdə olduğu bir vaxda heç mümkün deyil. İstənilən yaşda tərz görünmək üçün printli və tikməli gödəkçələr yaxşı seçimdir.

Oversize sviterlər

Əvvəllər oversize sviterləri ən ideal fiquranı poza bilən geyim kimi qiymətləndirirdilər. Amma indi o şəhər tərzinin bir parçasına çevrilib. Oversize sviterini cins şalvar, nazik kəmərli çanta və şlyapa (papaq) ilə kombinləyərək yaşını gizlədə bilərsən. Qeyd edək ki, bu tip kombinlə payız gəzintisinə rahatlıqla gedə bilərsən.

Sadə siluetli paltar

Qısa qara paltarla yanaşı hər bir qadının qarderobunda istənilən yaşda belə sadə siluetli paltarı olmalıdır. Əgər bu paltar çox qısadırsa onu tuniklə, şortla da geyinə bilərsən. Təbii ki, mövsümə bağlı olaraq.

Dəri gödəkçə

Dəri gödəkcə elə bir geyimdir ki, bütün yaşlarda lazımdlıdır. Onu sadə cins və topla kombin edərək gəzintiyə və dostlarla görüşə rahatlıqla getmək olar. Müəyyən yaş dövrü üçün dı biker gödəkçələr uyğundur ki, bunu 70 yaşlı xanımlar heç cürə geyinə bilməzlər.

Slipon ayaqqabılar

Slipon ayaqqabılar son zamanlar dəbdədir. Yeni nəsil üçün bu ayaqqabılar bir klassikadır. Onları cinslər, şortlar və midi ətəklərlə geyinmək olar. Hər şeydən əvvəl sliponlar çox rahatdır.

Kişi kostyumları

Heç təsadüfi deyil ki, kişilərə xas olan kəsimli kostyumlar hər il podiumları bəzəyir. Geniş ətəkli şalvarla düz kəsimli pencək istənilən qıza feminəl görüntü qazandırır.

Günəş eynəkləri

Günəş eynəkləri çanta və ayaqqabı kimi sənin obrazının əsasını təşkil edir. Birinci onlar keyfiyyətli olmalıdır,  100% qoruyucu funksiya daşımalıdır. İkincisi isə original olmalıdır. Həm də eynək elə bir əşyadır kı, istənilən yaşda istifadə etmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir