heserat

Həşərat, böcək, qurd yeyənlər barədə bilmədiklərimiz

Baxış sayı: 159

İllər öncə heç təxmin etməzdik ki, çiy balıq və ya çiya (chia) toxumu bu qədər populyar ola bilər. Amma indi bu yeməklər dünya insanının menyusuna rahatlıqla daxil olub. Naharda suşi yeyənlər axşamlar da chia toxumunu nuş edirlər. Necə düşünürsünüz, yemək  vərdişləriniz qızarmış çəyirtkələri də əhatə edəcək şəkildə dəyişə bilərmi?

Beləliklə,  “BBC Türkcə”yə istinadən menyulara daxil edilən çəyirtkə, həşərat yeməkləri barədə məlumatları təqdim edirik.

İnsanların onu hansı səbəbdən yeməsi və bunun ekologiyaya hansı formada fayda verməsi də suallar sırasındadır. Bu həftə İngiltərənin paytaxtı Londondakı bir suşi restoran şəbəkəsi olan “Abokado” çəyirtkələri yemək menyusuna əlavə edərək, bu yeməklərin həm sağlam, həm də daimi menyunun atributları olduğunu qeyd etdi.

BBC-in  Nyusbeat heyətindən Lindsay Braun çəyirtkələrin, ya da böcəklərin necə yemə vərdişlərimizi dəyişdirə biləcəyini qələmə aldı. “Abokado”nun müdiri Kara Alderin bir neçə il ərzində böcəklərin hər gün yediyimiz yeməklərin içində yerini alacağını düşünür. Yenə İngiltərədə super market zənciri “Sainsburys” da 250 şöbəsində keçən il qurdcuqları yemək olaraq satmağa başladı. Başqa markalar da buna bənzər məhsulları sağlam və təbiət dostu olduğunu  vurğulayaraq yemək menyularına daxil edir, satışa çıxarır, eləcə də bundan böyük miqdarda pullar qazanır.

Digər tərəfdən dünyanın dörd bir tərəfində 2 milyard nəfər insan hal-hazırda böcək yeyir. Buna entomofagi deyilir.

böcek yiyorlar ile ilgili görsel sonucu

 

“Kirliliyi azaldır”

Bəzi böcəkləri bütünlüklə yeyə bilərsiniz. Amma məsələn, inəklərin, sadəcə, 40 faizi yemək üçün yararlıdır. 2013-cü ildə yayımlanan bir Birləşmiş Millətlər Təşkilatı sənədi böcək yeməyin qidalanmağa yardımçı olacağını və kirliliyi azaldacağını iddia edir. “Imperial College London”da çalışan həkim Tilli Collins, böcək yeməyin geniş yayılmasına ümid etdiyini, bunun təbiətə çox böyük faydalarının olduğunu deyir: “Qərbdə də hazırda yediyimiz miqdarda əti yeməyə davam edə bilməyəcəyimiz üçün davamlılıq getdikçə çətinləşir. İnkişaf etməkdə olan ölkələrdə isə qida təhlükəsizliyi bir problem olduğu üçün böcək yemək ciddi bir qidalanma mənbəyi ola bilər”.

Böcək yetişdirilməsində heyvan yetişdirilməsi ilə müqayisədə daha az miqdarda torpaq, qida və sudan istifadə olunur. Eyni zamanda inəklərin ifraz etdiyi metandan 100-də 80 daha az metan qazı böcəklər tərəfindən ifraz edilir.

böcek yiyorlar ile ilgili görsel sonucu

 

‘Təbiətə o qədər də yararlı olmaya bilər”

Kembric Universitetindən zooloq Şarlot Payne bəzi ət qaynaqlarının təbiətə çox daha az neqativ təsirinin olduğunu deyərək böcək yetişdiriciliyinin də bu gün bir çox ət məhsulunda olduğu kimi böyük bir ticari bazara çevriləcəyi xəbərdarlığını edir.

“Böcək yemək haqqında” adlı kitabın yazarlarından biri olan Joshua Evans böcək yeməyin zənn edildiyini qədər təbiətə faydalı olmaya biləcəyini deyir.

Vegan Cəmiyyəti adlı təşkilata görə isə planeti xilas etmənin tək yolu bitki ağırlıqlı bir qidalanma vərdişlərinə qayıtmaqdır.

Ä°lgili resim

 

“Karamelize qurdlar çox ləzzətlidir”

Bəzilərini qanadlı bir böcək yemək və ya xırt-xırtlı bir qurd yemə fikri dəhşətə salır. “Imperial College London”un yeni bir araşdırmasına görə, yeni şeyləri sınaqdan keçirmək məsələsində uşaqlar daha istəklidilər. Bəzi böcəklərin ləzzətli olduğunu deyən Kollins insanların daha kiçik yaşda vərdişlərində dəyişiklik etməyə açıq olduğunu deyir.

Zooloq Charlotte Payne insanların bilmədikləri bir şeyi təcrübədən keçirməyə istəkli olmadığını, böcəklərin ləzzətli olduğunu düşünmədiklərini deyir. Ancaq Payne hesab edir ki, son səkkiz ildə İngiltərədə insanların yeyilə bilən böcəklərə baxışı müsbət bir şəkildə dəyişib.

“Bir həftə boyunca böcək yemək” adlı sənədli film üçün yanvar ayında bir həftə böcək yeyən Radio 1 DJ’i Adele Robertsa fikrinin dəyişdiyini və bundan sonra bir restoran menyusunda böcək gördüyü zaman onu yeyə biləcəyini deyir.

böcek yiyorlar ile ilgili görsel sonucu

Robertsaya görə, necə bişiriləcəyini bilsəniz, böcəklər çox ləzzətli ola bilər. Robertsa o zamandan bəri çox tez-tez böcək yeyə bilməməsinin səbəbi olaraq marketlərdə bu məhsulların satılmamasını göstərir…

Yerli əhalinin hələ konkistadorların gəlişindən əvvəl həşərat yedikləri Meksikada vəziyyət gözlənildiyindən daha mürəkkəbdir.

Burada adamlar ABŞ-dan fərqli olaraq həşərat yeməkdən iyrənməsələr də, onları xüsusi olaraq yetişdirən yoxdur.

Rene Cerritos Milli Muxtar Meksika Universitetindən təkamülçü bioloqdur. O hər cürə hoppanan və ya sürünən həşəratların tamarzısıdır və yerli fermerləri belə həşəratları yetişdirməyə sövq etmək istəyir.

Onun sözlərinə görə, dünyada iki minədək yeməli həşərat növü var. Bunların dörddə birinə Meksikada rast gəlmək mümkündür. Amma di gəl ki, onlara tələbat yoxdur: “Problem bundadır ki, qərblilər həşərat yemək istəmirlər və Meksika da getdikcə qərbləşir. Biz ispan işğalınadək olan dövrdəki bir çox ənənələrimizi itirmişik. Həşərat tonlarla və milyonlarladır. Amma onları yığıb yeyən yoxdur”.

böcek yiyorlar ile ilgili görsel sonucu

 

Çəyirtkələr və fermerlər

Əgər Kaliforniyada cırcırama yetişdirilərsə, Meksikada ən ləziz təam olaraq çəyirtkələr sevilir. Bu həşəratlar bir-birlərinə çox bənzəyirlər, amma hər şeyi yeyən cırcıramalardan fərqli olaraq çəyirtkələr sırf vegetariandır.

Meksikada çəyirtkə ziyanverici həşərat sayılır. Onlar məhsulu tələf edir və fermerlərə maliyyə ziyanı vururlar.

30 yaşlı fermer Jose Moreno Sançez kimi bəziləri bu problemə gözlənilməz tərəfindən yanaşıblar.

“Çəyirtkələr bizim bütün məhsulumuzu yeyib qurtarırdılar. Biz də qərar gəldik ki, bunlarla daim mübarizə aparmaqdansa pul qazanaq” – deyir Sançez.

Daha çox şərq ölkələrində normal qəbul olunan həşəratları qida kimi qəbul etmək ənənəsi hələ də Avropa və postsovet ölkələrində çoxunun ikrahla yanaşdığı məsələdir. Amma həşəratdan iyrənmək heç də onun faydalı qidalandırıcı əhəmiyyətini azaltmır.

böcek yiyorlar ile ilgili görsel sonucu

 

Həşərat yeməyin faydaları

“Ratgers” Universitetinin yeni araşdırmasına görə, həşərat və cücülər insan əcdadının ilk qidasından biri olub. 100 min illər keçməsinə baxmayaraq müasir insanlar da istədiyi qədər həşərat yeyə bilər.  Molecular Biology jurnalında dərc olunmuş materialda deyilir:

“Uzun illər hesab olunurdu ki, həşəratların ekzoskeletləri çətin həzm olunur, amma bu belə deyil. Sübut olunub ki, müasir canlıların hələ də işlək çiya geni var ki, bununla həşərat skeletini həll etməyə gərək olan mədə fermenti ifraz olunur.

Düzdür, hazırda çiya geninin bir surəti mövcuddur, amma Şərqi Asiyanın adalarında daha çox həşəratla qidalanan əhalinin genində 5 belə gen surəti aşkar olunub”.

İnsanın mədə və mədəaltı vəzisi fermentinin həşəratların üzərində olan bərk qılafı necə həzm etməsi məsələsi hələ də mübahisə doğurur. Lakin bu araşdırmalar Avropa ölkələrində aparılıb; bəs gecə-gündüz həşərat yeyən Şərq ölkələrinin insanları həşəratları necə həzm edir?

“Əgər insanın xüsusi həzm fermenti olmasa da, həşəratlar uyğun qaydada bişirilsə onun həzmində heç bir problem olmayacaq. Axı insan həşəratı çiy yemir. Axı quruda olan həşərartlarla dəniz məhsullarının çoxunun növü eynidir. Bəs niyə omar və krevetka, xərçəng ləzzətlə yeyilib, delikates sayılır, digər həşərat növləri yox?”.

Gələcəkdə yeməli həşəratların qida üçün perspektivləri mövzusunda keçirilən məruzələrdə 2050-ci ildə çoxalan Yer kürəsi əhalisinin qida tələbatını ödəmək üçün 1900 növ yeməli həşərat istehsalı və satışı sahəsi inkişaf etməlidir. Həşəratlar insan orqanizmi üçün tələb olunan zülal mənbəyidir. Dünyada 2 milyard insanın qida rasionunda olan həşəratlar getdikcə daha çox insanı əhatə edəcək. Yeməyə yararlı həşəratlar sağlam yağ, zülal, karbohidrat, vitamin və mineral mənbəyidir və insan orqnanizmi üçün heç bir zərəri yoxdur.

 

Fərqində olmadan minlərlə böcək yeyirik – necə?

İngilis tədqiqatçısı Emi Batler Qrinfield “Mükəmməl qırmızı” adlı kitabında qida texnologiyasının inkişafı fonunda insanların fərqində olmadan minlərlə böcək yediyini yazıb.

Vətəni Cənubi Amerika olan böcəklər qida boyalarında istifadə olunur və bu məqsədlə çoxaldılır. Karmin böcəyi adlanan bu həşəratın izləri meyvəli yoqurtdan dondurmaya, rəngli içkilərdən keks kremlərinədək bir çox qida məhsullarında mövcuddur. Xüsusilə Peruda sənaye üsulu ilə artırılan böcəyin əzilməsindən əmələ gələn qırmızı boya qadınların istifadə etdikləri pomadalara da qatılır.

Tədqiqatçı müəyyən edib ki, “Karmin” boyasının əsas üstünlüyü onun dayanıqlı olmasıdır. İnsan sağlamlığı üçün heç bir təhlükə yaratmayan bu boya istiyə davamlıdır və rəngi solmur. Digər tərəfdən, mütəxəssislər böcəkdən əldə edilən qırmızı rəngin kimyəvi maddələrdən daha az zərərli olması qənaətindədirlər.

Emi Batler Qrinfieldin kitabında yazılır ki, qırmızı rəngli qida məhsullarının əlavələrinə diqqət etdiyiniz zaman “Karmin” sözünə rast gəlmək olar. Bəzi hallarda bu sözün əvəzinə Avropa İttifaqının kodu olan “E120″ yazılır. Bir çox insanların bu boyaya allergiyası olsa da, ekoloji cəhətdən təmiz qatqı maddəsidir.

Hazırda dünyada Karmin böcəklərinin tədarükünün 95 faizi Peruya məxsusdur. Bu ölkədəki Karmin fermalarında 33 minə yaxın insan işləyir. Ötən il Peru 647 ton Karmin qida boyası ixrac edib və 46,4 milyon dollar gəlir əldə edib. Beş millimetr ölçüsündə olan bu böcəyi kaktus yarpaqlarından toplayırlar.

Həşərat, qurd və böcəkləri menyularından əskik etməyən millətlərdən biri də taylandlılardır. Taylandın xüsusilə də şimal-şərqində insanlar cürbəcür həşərat və böcək yeyirlər. Əvvəllər bu kimi həşəratlar tropik meşələrdən əldə edildiyi halda, indi bunun üçün xüsusi fermalar yaradılıb.

Hətta hazırda ölkənin şimal-şərqində 20.000 növdə böcək, qurd və həşərat yetişdirilir. Bu fermalardan il ərzində 7,5 ton məhsul əldə edilir. Məsələnin maraqlı tərəfi ondadır ki, bu fərqli qidalar ölkənin turizm sektoruna yüksək gəlir gətirir. Paytaxt Bankoka axışan turistlər böcək, qurd və həşəratlardan hazırlanan yeməkləri böyük zövq və iştahla yeyirlər. Üstəlik, yeyərkən şəkillərini də çəkdirməyi unutmurlar.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir