EV

Həyət evlərinə “kupça”nı necə almaq olar?

Baxış sayı: 853

Bu ilin 6 ay ərzində vətəndaşlar tərəfindən 6 minə yaxın fərdi ev tikilib. Fərdi evlərin tikintisinin geniş vüsət alması onların necə sənədləşdirilməsi məsələsini aktuallaşdırır.

Bəzi vətəndaşlar fərdi evlərə dövlət reyestrindən çıxarışın hansı prosedurlar əsasında alınmasından məlumatsızdırlar. Çıxarış almaq üçün ilk növbədə evin tikiləcəyi torpağın sənədləri qaydasında olmalıdır.

Torpağa dair sənədlər qaydasında olduğu halda tikilən evin hansı hündürlükdə olmasını nəzərə almaq lazımdır. 2013-cü ildən etibarən hündürülüyü 12 metrdən çox olmayan fərdi evlərin tikintisi üçün icra hakimiyyətlərindən icazə almağa ehtiyac yoxdur.

Sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edildikdən sonra 10 gün ərzində çıxarış almaq mümkündür.

Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, torpağın sənədləri qaydasında olsa belə, bəzi ərazilərdə tikilmiş evlərə çıxarış almaq mümkün olmur.

Reyestr Xidmətinin rəis müavini Elşad Məmmədov deyir ki, əgər fərdi ev 12 metrdən hündür, aşırımlarının uzunluğu 6 metrdən çox olarsa, onda layihə müvafiq icra hakimiyyəti orqani ilə razılaşdırılmalı və tikintiyə icazə verilməsi haqqında sərəncam əldə edilməlidir. Sonrakı prosedurlar isə olduğu kimi qalır.




1 şərh “Həyət evlərinə “kupça”nı necə almaq olar?

  1. Abbasov qasım Qədim oğlu

    Mən imişli rayon Xiyabani küçəsi 25-də 28 ildir yaşayıram.Evi alqı-satqı ilə natariusun iştirakı ilə almıdam.(28 il əvvəl) 10 sot həyətyanı torpağım və içərisində birmərtəbəli ev tikmişəm. indi həmin evə kupça (çıxarılış) almaq istəyirəm. Hansı sənədlər toplamalıyam, rüsum nə qədər olmalıdır.Öz minnətdarlığımı bildirirəm.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir