kursad duymus 6

“Həyat yoldaşım futbolçu ilə ailə qurmağa tərəddüd edirdi” – MÜSAHİBƏ

Baxış sayı: 673

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı karyerası ərzində Türkiyənin “Trabzonspor” və “Beşiktaş” kimi iddialı klublarının şərəfini qoruyan, qardaş ölkədən kənarda çıxış etdiyi yeganə mövsümdə isə Azərbaycanda “Bakı”nın formasını geyinən Türkiyə milli komandasının sabiq müdafiəçisi Kürşad Duymuşdur.

 

– Futbolçu olmağa qərar verəndə, valideynlərinizin buna münasibəti  necə olmuşdu?

– Bu peşəni seçərkən ailəm buna etiraz etməmişdi. Əksinə, valideynlərim bu yolda mənə çox dəstək olmuş, həmişə arxamda durmuşdular.

 

– Maraqlıdır, əgər futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Əgər futbolçu olmasaydım, bədən tərbiyəsi müəllimi olardım.

kursad Duymus

– Ailə qurmağa hazırlaşarkən həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

– Həyat yoldaşım futbolçu ilə ailə qurmağa tərəddüd edirdi. Amma məni tanıdıqca bütün tərəddüdü yox oldu. Ailənin mənim üçün nə qədər önəmli olduğunu gördükdən sonra mənimlə evlənməyə razılıq verdi.

 

– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

Təbii ki, bu baxımdan müsbət məqamları qeyd edərdim. Ən əsası ailə qurduqdan sonra insan həyatdakı məsuliyyətini daha yaxşı dərk edir və daha düzənli bir yaşamı olur. Bununla yanaşı, evlilik insanın öz işinə daha yaxşı köklənməsinə şərait yaradır.

 

– İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

Qısqanclıq qadınların xarakterinin bir hissəsidir. Ancaq düzü, həyat yoldaşımın məni sırf işimə görə qısqandığını hiss etməmişəm.

 kursad

– Futbol elə bir peşədir ki, adətən evdən kənarda çox olurdunuz. Hətta “Bakı”da çıxış edəndə Azərbaycanda da yaşamısınız. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirdiniz?

– Açığı, bu mənada ciddi çətinliyim olmayıb, çünki Türkiyənin hansı bölgəsində futbol oynamağımdan asılı olmayaraq ailəm həmişə yanımda olub. Elə sizin ölkənizdə – “Bakı”da çıxış edərkən də ailəm mənimlə birgə Azərbaycanda yaşayırdı.

 

– Azərbaycanlı ailələr ilə türkiyəli ailələr arasında hansı oxşar və fərqli cəhətləri müşahidə etmisiniz?

– Azərbaycan və türk ailələri arasında ciddi fərq olduğunu deyə bilmərəm. Prinsipcə, biz zatən eyni millətik. Odur ki, ailə anlayışları da eynidir. Həm azərbaycanlılar üçün, həm də türklər üçün ailə müqəddəsdir. Mən Anadolunun şərində yerləşən Muş şəhərində anadan olmuşam. Bizim o bölgədə işlədilən bir çox sözün azərbaycanlılar tərəfindən də işlədilməsi diqqətimi çəkmişdi. Məsələn, sırğa sözü. Bunun kimi bir çox ifadə deyə bilərəm.

 

– Bildiyimizə görə bir qızınız və iki oğlunuz var. Övladlarınız gələcəkdə azərbaycanlı ilə ailə qursaydı, buna münasibətiniz necə olardı?

– Hələ ki, övladlarım azyaşlıdır və təbii olaraq onların ailə həyatı qurması haqda düşünməmişəm. Amma ümumi yanaşmamı qeyd edə bilərəm. İlk öncə müsəlman olması, aldığı ailə tərbiyəsinin hansı səviyyədə olmasına və necə insan olduğuna fikir verərəm. Bütün bunlarla bağlı problem yoxdusa, etiraz etməzdim.

 kursad duymus 1

– Futbolçu karyeranızla bağlı ən çox hansı qərarınıza görə məyusluq hissi keçirmisiniz?

– 2005-ci ildə “Çaykur Rizespor”dan Rza Çalınbayla birlikdə “Beşiktaş”a yollanmışdım. İndi bu qərarımın doğru olmadığını düşünürəm. Həmin vaxt “Qalatasaray”dan da təklif almışdım. Seçim edərəkən “Qalatasaray”ı seçməliydim deyə düşünürəm.

 

–Azərbaycana gəlməmişdən öncə bizim futbolumuz haqda olan düşüncələrinizlə “Bakı”da çıxış edərkən yaranan fikirləriniz arasında hansı fərqlər var idi?

–Əvvəla onu deyim ki, “Bakı”da forma geydiyim dönəmdə Hafiz Məmmədov kimi dürüst, futbola can yandıran klub prezidenti ilə birgə işlədiyim üçün özümü şanslı sayıram. Sualınıza gəlincə, 2009/2010-cu illər mövsümündə “Bakı”da oynayanda Azərbaycan futbolunun səviyyəsi təxminən 15 il Türkiyə futbolunun gerisindəydi. Həm maddi texniki baza, həm də oyun səviyyəsi baxımından. Amma sonradan bütün bu çatışmazlıqlar aradan qalxdı. Üstəlik, milli səviyyəsində uğurlu oyunlar oldu. Həmçinin “Qarabağ” avrokuboklarda adından söz etdirməklə Azərbaycan futbolunda yüksəliş olduğunu sübut etdi. Belə demək mümkünsə, indi mənim oynadığım dövrlə müqayisədə 50 % yüksəliş var. Avropa çempionatının bəzi oyunlarının Bakıda keçirilməsinin də Azərbaycan futboluna töhfə verəcəyini düşünürəm.

 

Söhbətləşdi: Tural Məmmədov

kursad duymus 3

milli

 kursad duymus 2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir