PUL

Həyat yoldaşının pulu, yoxsa gözəlliyi?

Baxış sayı: 1. 311

Belə bir fikir var ki, kişilər həyat yoldaşı seçərkən gözəlliyə, qadınlar isə maddiyyata diqqət edir. Ancaq son illərdə aparılan sorğular nəticəsində həyat yoldaşı seçərkən diqqət edilən nüansların tamamilə dəyişdiyi ortaya çıxıb.

Mütəxəssislərin sözlərinə görə, kişilər illər boyu gözəlliyə fikir verib, çünki gözəllik qadının sağlam olduğuna işarədir. Bu isə onun sağlam övlad dünyaya gətirəcəyi mənasını verir.

Qadınlar isə evə pul gətirə bilən, güclü, ailəcanlı kişilərə üstünlük veriblər, çünki qadın ailəsini qorumaq, övladının gələcəyini sığorta etmək istəyir, bu səbəbdən, kişinin görkəminə elə də diqqət etmir.

pul

Lakin İnsbruk Universitetinin alimləri artıq təkamülün fərqli bir dövründə olduğumuzu bildirir. Professor Marsel Zentner insanların son 50 ildə dəyişdiklərini bildirir.

Fərqli ölkələrdə aparılan sorğuları təhlil edən Zertner cinsiyyət bərabərliyi ilə həyat yoldaşı seçərkən diqqət edilən kriteriyalar arasında yaxın əlaqə olduğunu bildirir. Onun sözlərinə görə, hər iki cinsin bərabər hüquqlara sahib olduğu cəmiyyətdə insanlar klassik kriteriyalardan uzaqlaşıb:

“Müasir cəmiyyətlərdə qadın və kişinin həyat yoldaşı seçərkən diqqət etdiyi nüanslar üst-üstə düşür. Belə ki, artıq hər iki cins sosial, güvən hissi verən, ağıllı, təhsilli, yetkin fikirli insanlara üstünlük verir. Kişilər artıq ağıllı qadın arzusundadır. Məsələn, Finlandiyada kişilər üçün qadının gözəlliyi arxa plandadır, onlar təhsilli xanımı daha üstün tutur. Belə cəmiyyətlərdə qadınlar ev işləri görə bilən, yemək bişirməyi bacaran, yaraşıqlı kişilərə meyl edir. Buna baxmayaraq, hələ də maaş mövzusunda keçmiş fikirlər qorunur. Yəni, kişinin qadından daha çox pul qazanması gözlənilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir