telefon

Hədiyyə seçimi üçün mobil cihazlardakı 4 tətbiqetmə

Baxış sayı: 1. 787

Əgər hər hansı bir əziz adamınızın doğum və ya hər hansı bir özəl günü yaxınlaşırsa, deməli, sizi “ona nə hədiyyə alım” sualı düşündürür. Bu məqsədlə yaxınlaşdığınız mağazaların piştaxtaları isə müxtəlif cəlbedici fikirlər təqdim edir ki, bu da düzgün seçim etməyimizə mane olur. Sizin üçün bir neçə tətbiqetmə seçmişik. Onlar bu işdə sizə kömək edəcək.

 

Thoughtful Gift Finder (iPhone)

Bu tətbiqetmə vasitəsilə siz tez bir şəkildə fərqli nələrsə tapa bilərsiniz. Tətbiqetmə sizə rahat şəkildə hədiyyə seçməyə kömək edərək, eyni zamanda Facebook və digər onlayn hədəfləri müəyyən edəcək. Gözəl hədiyyəni evdən çıxmadan da Thoughtful Gift Finder ilə rahatlıqla ala bilərsiniz.  IOS üçün pulsuzdur.

 

Cool Hunting Gift Guide (iPhone)

CoolHunting.com portalında olan tətbiqetmə vasitəsilə ən şıq, ən yaradıcı hədiyyələri seçə, mövsümün dəblərini də nümayiş etdirə bilərsiniz. CoolHunter-in xüsusi seçilmiş redaktorları vasitəsilə də aldığın hər bir məhsulun keyfiyyətinə əmin ola bilərsiniz. IOS üçün pulsuzdur.

 

Gift N Greet (Android)

Hədiyyə seçmək üçün olan bu xidmət hamı üçün rahat olacaq şəkildə dizayn olunub. Yazarlar da hər həftə istifadəçilərə kömək olacaq yeni və keyfiyyətli məhsullar yükləyirlər. Və bu tətbiqetmədə siz hər alış-verişdə bonus qazanırsınız ki, Gift N Greet tətbiqetməsinin yeni versiyası üçün endirim əldə edirsiniz. Android üçün pulsuzdur.

 

Giftboard

Bu tətbiqetmənin yaxşı xidməti var və istifadə zamanı sizə 3 nüansda tez kömək edir: tapmaq, seçim və hədiyyəni istədiyiniz vaxt istədiyiniz yerə çatdırmaq. Tətbiqetməni yaradanalar hətta istifadəçilərə özəl qablaşdırma da dizayn ediblər. Sistemdə 900-dən çox hədiyyə seçimi, əyləncə və xidmət təklifləri var. IOS və Android üçün pulsuzdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir