idman

Həftədə neçə dəfə idmanla məşğul olmalısınız?

Baxış sayı: 148

İdman etmək ürək xəstəlikləri, təzyiq və diabet kimi xəstəliklərdən bizi qoruyur. Artıq çəki itirməyimizə kömək olur, immun sistemini gücləndirir. Sağlamlıq üçün həftədə 3 gün 30-35 dəqiqə, kilo atmaq üçün isə 4 gün 45 dəqiqə idman etmək lazımdır.

Artıq çəki itirmək üçün yürüyüş edin
Artıq çəki itirmək üçün ən azı 15-20 dəqiqə idman edin. Ən idealı isə orta templə 45-50 dəqiqə yürüyüş etməkdir. Maddələr mübadiləsini gücləndirdiyi üçün yürüyüşlə bərabər yürüyüş və qaçışla bərabər ağır qaldırılması da tövsiyyə edilir. Plansız edilən idman xeyirdən çox zərər verir. Buna görə də idmanı həftədə 3-4 dəfə edilməlidir. Əgər məqsəd çəki itirməkdirsə qaçış və üzgüçülüklə mütləq məşğul olmalısınız.

Ac qarnına idmanla məşğul olmaq olmaz
Səhər idmanla məşğul olursunuzsa, mütləq səhər yeməyi yemək lazımdır.
Səhər yeməyindən 2 saat sonra idmanla məşğul olmaq lazımdır. Vaxt probleminə görə yuxudan qalxdıqdan sonra 1 saat ərzində idmanla məşğul olmalısınızsa, bir az karbohidrat, kişmiş, 2-3 quru ərik, 2-3 qoz yemək lazımdır. Günorta idman edənlər üçün səhər yeməyi mütləqdir!

Səhər yeməyində buğda çörəyindən hazırlanan pendirli sendviç, pomidor və xiyar yaxşı seçim ola bilər. İdmandan bir saat qabaq süd ilə meyvə, yogurt və ya meyvə ilə qəlyanaltı edə bilərsiniz. İdmana axşam işdən sonra gedirsinizsə sendviç və meyvə şirəsi yeməyiniz məsləhətdir. İdmana ac getdiyiniz zaman daha çox enerji sərf edirsiniz. Bu da sizin idmandan sonra daha çox yemək yeməyiniz deməkdir.

İdmandan sonra banan və pomidor şirəsi
İdmandan sonra banan və pomidor şirəsi içməyiniz məsləhətdir. E vitaminini qarşılamaq üçün 10-15 fındıq və ya badam yeməlisiniz. İdmandan gec çıxmısınızsa axşam yeməyi yeməyiniz mütləqdir (9-dan sonra). Bu sendviç və meyvə şirəsi ola bilər. İdman etdiyiniz zaman isə 1 stəkan su içməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir