Tezyiq

Həkim: “Limonla təzyiqi stabil saxlamaq düzgün deyil”

Baxış sayı: 407

“Limon faydalıdır, lakin təzyiq məsələsində limon çıxış yolu deyil. Hipertoniyanın müalicəsi kimi limon düzgün seçim deyil”.

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, kardioloq Fərid Əliyev arterial hipertoniya haqqında danışarkən dedi. Kardioloq  bildirir ki, hipertoniyanın müalicəsi ilə bağlı yüzlərlə dərman var:

“Həkim müayinəsi və təyinatı üzrə bu dərmanlardan hansısa birini istifadə etmək olar. Biz limonun faydalı olmadığını demirik. Sadəcə təzyiq problemi olan insanların bu prosesi limonla nəzarətdə saxlamağa çalışması doğru deyil. Limonun öz faydası var, sarımsağın öz faydası var. Lakin əgər sağlamlıqda hər hansı problem varsa, zəruri dərman preparatlarından istifadə etmək daha məqbul hesab edilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir