xeste

Həkimin sizi yanlış müalicə etdiyini necə bilməli?

Baxış sayı: 1. 343

Həkim qəbuluna gedən xəstə həkimin təyin etdiyi bütün müayinələrdən, analizlərdən keçir, yazdığı resepti aptekdən almağa tələsir, dərmanları qəbul edir və sonra xəstəliyinə çarə etdiyini düşünərək möcüzə gözləyir.

Son zamanlar diaqnozu düzgün qoyulmayan, müalicədən effekt almayan və həkimlərə qarşı olan inamsızlığımı nəzərə alaraq Medicina.az  həkimin təyin etdiyi diaqnoz və müalicənin yanlış olmasını nədən bilmək olar mövzusunu araşdırıb.

Yanlış diaqnozu hətta çox tanınmış həkim, professor və dünyanın istənilən ölkəsində olan istənilən klinikada qoya bilərlər. Amma xəstə özü müalicə və diaqnozun yanlış olduğunu bu məqamlardan hiss edə bilər.

 

 

Analiz cavabı və reseptlərinizi analiz edin

Əlinizdə rentgen, USM, qan analizi müayinələri, bir neçə həkimin diaqnoz və resepti var. O zaman siz bu məlumatları analiz edirsiz. Əgər 2-3 həkim eyni diaqnozu qoyub, ona uyğun müalicə yazıbsa, deməli, o yolla gedirsiz.

 

İntuisiyanız sizi sakit buraxmır: burda nəsə düz deyil

Bu hiss həkimin yanından çıxandan sonra başlayır. Həkim baxdı, sakitləşdirdi, resept yazdı, amma siz sakitləşmədiz, həkimin sözləri qaranlıq və şübhəli gəldi. Bu hiss həkim xəstəni diqqətlə dinləmədikdə, tez-tələsik müayinə etdikdə, şəxsən əlləri ilə yoxlamadıqda baş verir.

İntuisiya – ciddi arqumentdir. O, qədim insanda sağqalma instinkti kimi yaranıb. Və indi də hər insanda var. Amma biz hər şeyə, hər kəsə inanırıq, öz daxili səsimizdən başqa. Amma o lap başdan bizə nəsə pıçıldayırdı, hansı ki, sonda elə öz intusiyamızın dediyi düz çıxır. Ona görə də həkim müayinəsindən sonra, müalicə zamanı intuisiyanızın səsinə qulaq asın. Nəsə ürəyinizcə deyilsə, həkimi və müalicəni dəyişin.

Yaxşı olar ki, bunu bir aptek dərman alıb qəbul etməzdən öncə edəsiz.

 

Pasiyenti dinləməyən həkim

“Həkim məni heç dinləmədi, sözümü ağzımda kəsdi”- dünyada ən çox yayılan pasiyent şikayətidir. Həkimə deyəsi o qədər sözün var, amma o  danışmağa belə imkan vermədi. Con Hopkins xəstəxanasının yaradıcısı, Amerikan səhiyyəsinin atası Vilyam Osler deyirdi ki, öz pasiyentinizi diqqətlə dinləyin, o sizə diaqnozu deyəcək”. Ola da bilər həkim sizə qulaq assın, amma dinləməsin. Üstəlik vaxt məhdudiyyəti, qapıda gözləyən pasiyent növbəsi, klinikadan da həkimə qarşı tələblər onu daha cəld işləməyə məcbur edir. Ona görə pasiyent həkimə kömək etməlidir: qısa, lakonik dəqiq şəkildə sözünü, simptomlarını çatdırmalıdır. Əvvəlcədən vərəqə şikayətlərinizi qeyd edin, harda necə nə vaxt başladı, özünüz mədən şübhələnirsiz, nəsildə belə xəstəlik varmı və s.

 

Hər dəfə yeni tabletlər, dərmanlar…

Əgər hər dəfə kabinetdən yeni-yeni reseptlər, dərmanlar əlavə olunmuş kağızla çıxırsızsa, aptekdən aldığınız dərmanların sayında artım varsa, amma bunlara rəğmən müalicənizdə irəliləyiş yoxdursa, qırmızı bayraq qaldırın. Nə qədər çox dərman qəbul etsəz, bir o qədər çox yan təsirlər alacaqsız. Böyrəklər və qaraciyər yüklənəcək, bu da dərmanların toksiki maddələrinin orqanizmdən çıxarılmasını zəiflədəcək. Bir preparatın digəri ilə uyğunsuzluğu isə yeni xəstəliklər və simptomlar yaradacaq.

 

Qaç-tutdu oynayan həkim

Müayinədən sonra həkim “yoxa çıxır, ” qaçır” və xəstə ilə dialoqa girmir.

Xəstə sağalana kimi həkimlə dialoqda, ünsiyyətdə olmalıdır. Xəstə dərman qəbulundan sonra əks təsirləri, hər hansı problemi, təhlükəni, öz şübhələrini, ağırlaşmaları yalnız həkimi ilə bölüşə bilər.

Amma elə həkim var ki, müayinədən sonra bir də ünsiyyət qurmaq olmur: ya vaxtı yoxdur, ya zəngə cavab vermir, ya da xəstəni sakitləşdirib, sən davam et, deyir. Bir kəlmə artıq deyəndə isə əsəbləşir. Bu yanaşma artıq həkimin düzgün diaqnoz qoyub düzgün müalicə etməsindən şübhələnməyə əsas verir. Bir xəstə ki, sözünü həkiminə çatdıra bilmir, onu dəyişsin. Təbii ki, bu məsləhət həddən artıq bezdirici və hər xırda sözdən ötrü həkimi gecə-gündüz yığanlara aid deyil.

 

İnternetdə axtarış

Düzdür, indi həkimlər google-da diaqnoz, dərman axtaranlara gülür və heç kimə bunu məsləhət görmür. Bəli, internet tibb təhsilini əvəz eləmir, internetlə həkim olmurlar. Amma savadlı pasiyent ən azı öz simptomları ilə bağlı axtarış edib, forumlarda sual cavabla, online həkimlərlə məsləhətləşmələrdən sonra ilkin diaqnozunu təxmin edə bilir. Tibbdə faktlar var ki, həkim səhv, google isə düzgün diaqnoz qoyub. İndi saxta və kopirayt, uydurma materiallarla dolu saytlar çoxdur. Siz ciddi tibbi saytları araşdırın, online həkimlərə suallarınızı verin.

Əgər diaqnoz qoyulub, resept yazılıbsa, o dərmanları araşdırın, effektivliyi haqqında oxuyun. Hətta internetdə axtarış etməklə sizə saxta, yalançı və dünya bazarında olmayan naməlum dərmanın yazılmasını da aşkarlaya bilərsiz.

Hər bir insan öz xəstəliyinin səbəbini bilir, özünü yaxşı tanıyır. Ona görə də özünüzü dinləyərək, sevərək müalicəyə başlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir