usaq ve ish

Həm işgüzar qadın, həm də yaxşı ana olmaq üçün 5 QAYDA

Baxış sayı: 1. 476

Müasir dövrün həyat şərtləri təəssüf ki, bəzi anaları böyük həvəslə dünyaya gətirdikləri övladlarını ailə nənələrinə və ya dayələrə əmanət etməyə məcbur edir. Karyera qurmaqda, uğur qazanmaqda qarşılaşdıqları problemlərdən savayı, anaların bəlkə də ən çox çətinlik çəkdiyi məsələlərdən biri iş və ev həyatı arasındakı balansı qorumağa çalışmalarıdır. Bu zaman onlar övladlarına arzu etdiklərindən daha az vaxt və qayğı ayıra bildiklərini düşünürlər.

Bununla bərabər gələn özünü qınaq hissi və vicdan əzabı qadınları çox zaman yaxşı ana olmadıqları düşüncəsinə gətirir. Lakin analar unutmamalıdırlar ki, həm işgüzar olub karyera qurmaq, həm də övladınıza yaxşı ana olmaq mümkündür.

Image result for İŞ VƏ AİLƏ

Vaxtdan düzgün istifadə

İlk növbədə vaxtınızı və ona uyğunlaşdırdığınız proqramınızı düzgün təyin edin. Önəmli olan övladınıza ayırdığınız vaxtın çoxluğu deyil, onun keyfiyyətidir. Günün ən səmərəli formada keçirə biləcəyiniz aralığını öncədən təyin edin və bunlara əməl etməyə çalışın. Yatmaq və yuyunmaq vaxtlarını misal göstərmək olar. Hansı birini seçmənizdən asılı olmayaraq, təyin etdiyiniz bu vaxtı ən azı önəmli iclaslarınız və müştəriləriniz qədər önəmsəyib qoruyun!

 

Yatmazdan öncə ən son gördüyü siz olun

Yatmazdan əvvəl övladınızla qovuşduğunuz mükəmməl bir anla günü bitirmək sizə iş yerində baş verən hadisələrin heç bir əhəmiyyəti olmadığı hissini yaşadacaq.

 

Yemək masası ən önəmli ünsiyyət masasıdır

Yemək masasında əhəmiyyətsiz məsələlərə,xüsusən də telefonlara yer ayırmadan, ən önəmli işgüzar zəngləri övladınızla axşam yeməyinizi yeyərkən bir müddət təxirə salın.

 

Onunla müzakirələr edin

Övladınıza əsasən də işiniz haqqında bəhs edin. Niyə işləyirsiniz, bu nə üçün vacibdir və s. Onlara öz simanızda işgüzar və xoşbəxt ana modelini təqdim edin və işinizin ailənizə, dünyaya gətirdiyi faydaları, onun nə dərəcədə önəmli olduğunu onlara izah edin.

 

Ən önəmli olanı unutmayın!

Sizin üçün ən önəmli olanın nə olduğunu heç zaman unutmayın. Həyatda qazandığımız uğurlar əhəmiyyətlidir, lakin övladlarımız qədər deyil. Önəmli olan isə bu uğurları qazanma səylərimiz, bir şeylər əldə etmək istəyimizin arxasında duran səbəbkarlarıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir