film

Həqiqi hadisələrə söykənən 5 dəhşət filmi

Baxış sayı: 739

1) ”Psixo”, 1960

Süjetə əsasən, baş rolu oynayan qadın işdə böyük məbləğdə pul oğurlayaraq şəhərdən qaçmağa tələsir. O, gecələmək istədiyi mehmanxanda, onun gənc və yaraşıqlı sahibi ilə tanış olur…

BU filmi məşhur Alfred Hiçkok Robert Bloxun eyniadlı əsəri əsasında çəkib. Yazıçı isə serial, qatil, nekrofil və leş yeyən manyak Ed Qindən ilhamlanıb.

Deyilənə görə, Edvar Qin həmçinin “Amerikalı psixopat” filminin yaranmasına təkan verib.

2) “Cin qovan”, 1973

Bu insanın bədəninə cin girməsi və ekzorsizm haqqında ən mükəmməl film sayılır. O, ssenariçi Uilyam Piter Blettinin romanı əsasında çəkilib.

Yeri gəlmişkən, Blettiyə isə romanı yazmağa tələbə olduğu vaxtlarda bədəninə cin girdiyi 14-yaşlı yeniyetmə haqqında hadisə sövq edib.

3) “Təpələrin gözləri var”, 1977

Bu film horror-road-movie janrının əsasını qoyur və “Yanlış döngə”, “Elektrik mişarı ilə Texas qətliamı” kimi bestsellerlərin atası sayılır. Süjetə əsasən, ailə bütün Amerika Ştatlarını keçərək təkərli evdə Kaliforniyaya üz tutur. Lakin onlar səhrada quraşdırılmış qəzaya düşürlər. Bundan sonra isə insan əti ilə qidalanan yerli sakinlər onları ovlamağa başlayır.

Filmin əsasında Aleksandr Bin haqqında hekyaə durur. Kannibal şotland klanının rəhbəri olan A.Bin XVI-cı əsrdə tənya yolçuların üstünə hücum edirmiş. Deyilənə görə onlar əlçatmaz mağarada yaşayıblar və, yaxalanıb edam edilməyənədək, 25 il ərzində 1 000 yaxın insan öldürüblər.

4) “Canavar quyusu”, 2005

Qrek Maklinin bu filmindı Avstraliyanın ucqar bir nöqtəsində turistlərin avtomobili xarab olur. Onların köməyinə yaxınlıqda yaşayan fermer Mark gəlir. Başa düşdüyünüz kimi, filmin qalan hissəsində Mayk turistlərə yerli Milli parkda yerləşən “Canavar quyusu” adlı meteoritdə dözülməz işgəncələr verir.

Filmin əsasında avstraliyalı manyak Ayvan Milatın hekayəsi durur. Ötən əsrin 90-cı illərin ilk yarısında o turistləri oğurlayıb onlara işgəncə verirmiş, meyitlərini isə Belanqlo meşəsində gizlədirmiş. Uzun müddət boyunca Milat Avstraliyanın yeganə manyakı sayılırdı.

5) “Qorxu həddini aşdıqda”, 2007

Üç tələbə Meksikada səyahətə çıxır. Lakin gözlənilmədən onları, öz ayinləri üçün yeni qurbanlar axtaran meksikalı satanist-qaçaqmalçılar yaxalayır

Nə qədər fantastik görünsə də bu filmdə real hadisələrdən götürülüb. 1989-cu ildə narkobaron və yerli satanist kultun lideri Adolfo Konstanzo öz “həvaricləri” ilə 60-dan çox insanı, o cümlədən texaslı tibbi kollec tələbəsi Mark Kilroyu, oğurlayaraq vəhşicəsinə qətlə yetiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir