t2

Hər kəsin izləməli olduğu əfsanəvi toy filmləri

Baxış sayı: 183

Gəlinlik modellərindən, gəlin buketinə, gəlin saç və makiyajına qədər ilham alacağınız bir çox səhnənin yer aldığı filmlər burada! Evlilik hazırlıqları zamanı bu filmlər həm əyləncəli olacaq həm də yaxşı ideyalar tapmağınıza səbəb olacaq. Bu həftəsonunu ya nişanlınızla ya da rəfiqənizlə bu filmləri izləməyə ayırın.

t

Bride Wars (Gəlinlərin Savaşı – 2009)
Kate Hudson və Anne Hathaway’in baş rol aldıqları bu film toy filmi klassiklərinin arasında dərhal yer aldı. Film iki yaxın rəfiqənin toylarının eyni günə təyin etmək məcburiyyətində qalmaları ilə başlayan komik və romantik bir hekayədən bəhs edir.

Runaway Bride (Qaçaq Gəlin – 1999)

Maggie (Julia Robets) dəfələrlə nişanlanmış amma toyundan daima qaçan bir gəlindir. New York’da jurnalist həvəsini itirmiş Ike (Richard Gere) bu maraqlı gəlin ilə bağlı bir yazı serialı hazırlamağa qərar verir.

The Wedding Planner (Toy Təşkilatçısı – 2001)

San Francisco’nun ən prestijli toy təşkilatçılarından biri olan Mary Fiore (Jennifer Lopez), başqalarının sevgilərini evliliyə çevirirkən özünün sevgi münasibətində olmağını düşünməməkdədir. Amma onu bir qəzadan qurtaran Steve’i (Matthew McConaughey) tanıyınca fikrini dəyişir. Əslində isə Steve ilə nişanlısının toy təşkilatçısı olduğunu sonradan öyrənir.

 

 

Wedding Crashers (Dəvətsiz qonaqlar – 2005)

Kimin toyu olursa olsun hansı etnik, hansı dində olursa olsun xarizmatik və cəlbedici iki gənc Jeremy (Owen Wilson) və William (Vince Vaughn) hər toyda göz önündə olmağı və aləmi bir-birinə qatmağı çox sevirlər. Məqsədləri toya qatılan gözəl və subay qadınları yoldan çıxarmaqdır. Qaydaları hər getdikləri toydan gözəl bir qadınla ayrılmaqdır. Komik səhnələrlə dolu bu filmi toy qabağı mütləq izləməlisiniz. (Menimtoyum.az)

t1

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir