gelin-toya-hazirliq

Hər üç qadından biri sevgisiz ailə həyatı qurur – ARAŞDIRMA

Baxış sayı: 1. 728

Sosioloq Cenifer Qauveyn son zamanlarda boşanmış min qadın arasında sorğu keçirib.
Respondentlərin cavablarını analiz edərkən o belə bir qənaətə gəlib ki, demək olar ki, hər üç qadından biri ən başdan doğru insanla ailə həyatı qurmadıqlarını anlayırlar. Qadınları sevgisiz nigaha girməyə vadar edən səbəblər arasında sosioloq 3 əsas səbəbi ayırd edib.

Birincisi, yaş amili. Müəyyən bir yaşa çatmış qadın bütün yaşıdlarının artıq çoxdan ailə-uşaq sahibi olduğunu görüb və cəmiyyətin onun yaşı ilə bağlı şərhlərindən bezərək elə ilk evlilik təklifi edən insanla ailə həyatı qurur.

İkincisi, qadının «yavaş-yavaş sevərəm» fikrinə saf şəkildə inanmasıdır. Qadın sevmədiyi, amma «xarakteri gözəl» bir insana ərə gedəndə düşünür ki, zaman keçdikcə o insanı sevəcək. Amma təəssüf ki, bu cür ailələlər heç olmasa müvəqqəti də olsa bir-birinə vərdiş edib və bununla da sevgini vərdişlə əvəzləməyə imkan tapmamış artıq boşanma mərhələsinə gəlib çıxırlar.

Üçüncüsü, qadının daha yaxşı insana rast gəlməmək qorxusudur. Son şansını əldən vermək qorxusu, hər bir insan kimi qadınları da tələsik və düşünülməmiş qəraralar qəbul etməyə sürükləyir.

Bu sosial sorğuya şərh verən psixoloqlar qadınlara “şübhəli” nigahlara girməməyi tövsiyə edirlər. Çox böyük ehtimal ki, bu, heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Qaçılmaz olan boşanmadan sonra isə qadın görür ki, onun yaşı daha da artıb və «doğru insanı» tapmaq şansı isə azalıb və eyni zamanda, o artıq «yavaş-yavaş sevərəm» fikrinə də inanmır.

Ona görə də, əziz xanımlarımız, heç vaxt sevmədən, ən əsası hər şeyi dərinliklə düşünmədən ailə həyatı qurmaq kimi ciddi bir addım atmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir