HESERAT DERMANLARI

Həşarat dərmanları insan orqanizminə ziyandırmı? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 985

lin istənilən aylarında mövsümə uyğun olaraq hər bir evdə müxtəlif həşaratlara rast gəlinə bilər. Təbii ki, onlardan qorunmaq üçün müəyyən preparatlardan istifadə edilir.

Həmin dərmanlardan istifadə zamanı, məsələn yandırılarkən ətrafa yayılan qoxu həşaratları məhv etsə də, orqanizmimizə hansısa fəsadları ola bilərmi?

Mövzu ilə bağlı danışan həkim terapevt Vəfa Zeynalova bildirdi ki, ağcaqanad dərmanlarının elə də ciddi fəsadı yoxdur:

“Həmin həşəratların özü daha təhlükəlidir, çünki onların sancması nəticəsində insanlarda bir sıra təhlükəli xəstəliklər yarana bilər. Əgər bir vasitə hansısa canlını zəhərləyirsə, deməli, onda müəyyən maddə var ki, insan üçün də zərərli ola bilər. Amma həmin dərmanın insanlara ciddi mənfi təsiri aşkar edilməyib”.

V.Zeynalova oxucularımıza dərmandan istifadə qaydaları ilə bağlı da məsləhətlər verdi:

“Həşəratlardan qorunmaq üçün alınan preparatları yatmazdan əvvəl istifadə etmək lazımdır. Həmçinin uşaq olan otaqlarda onu yandırmaq olmaz. Bu vasitələrdən otaqda heç kəs olmadığı müddətdə istifadə edilməlidir. İstifadə edildikdən təxminən yarım saat sonra isə otağa daxil olmaq olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir