qadin

Həssas dərilər üçün makiyaj məsləhətləri

Baxış sayı: 1. 073
 Həssas dərilər üçün makiyaj etmək çox vaxt böyük bir problemə çevrilir.

“Gencaile.az” Türkiyə mətbuatına istinadən bu yazıda h’min dəriyə sahib olan xanımlar üçün makiyaj etməyin bəzi sirlərini açıqlayacaq.

Öncə makiaj etdiyiniz ləvazimatların təmizliyinə riayət edin. İstifadə etdiyiniz fırça və digər ləvazimatların kirli olmaması həssas dərilər üçün vacib şərtlərdən biridir.

Cildinizə uyğun krem və nəmləndirici vasitələrdən istifadə edərək həm makiajın mənfi təsirlərindən qoruyun, həm də üzünüzü makiyaja hazırlayın.

Maye tərkibli kosmetik vasitələr bakteriya yaymağa meylli olduğu üçün, bu tərkibdə olan məhsulları həssas dərili insanların istifadə etməsi məsləhət deyil.

Eyni zamanda, məhsulların son istifadə tarixinə diqqət edin. Bu, təkcə həssas dərilər üçün deyil, ümumilikdə hər kəs üçün vacibdir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir