pehriz

Həyat yoldaşı və uşaqları pəhriz saxlayan qadınlar onlara necə kömək olmalıdırlar?

Baxış sayı: 167

Kişilər və uşaqlarda artıq çəki indi çox yayılmış haldır. Bu problemin həlli isə xanımların öhdəsinə düşür. Çoxları gileylənir ki, apardıqları mübarizə heç bir nəticə vermir. Amma bunun üçün emosiyaları kənara qoyaraq bir balaca hiylə işlətmək lazımdır.

ƏRİMİ ARIQLADIRAMƏMƏLİYYATI
İlk cəhdiniz – həyat yoldaşınıza artıq çəkinin zərəri haqqında mühazirə oxumaq, onun sevimli qovurmasının xolesterin səviyyəsini artırdığını və ürək-damar xəstəliklərinə gətirib çıxardığı haqqında söylənən qor xulu fikirlərdən, duzlu balıq ilə pivənin də yaxşı əhvala səbəb olmadığı, nəhayət, sonda bu gündən onun pəhriz saxlayacağını elan etməkdən ibarətdir. İndi – yalnız tərəvəz, yağsız süd və buxarda bişirilmiş kotletlər. Bəli, qoy o, sizə qoşulsun – axı siz artıq çoxdandır ki, belə qidalanırsınız. Birlikdə əziyyət çəkmək isə o qədər də ağır gəlmir.

HEÇ NƏ ALINMAYACAQ!
Özü də bir neçə səbəblərə görə. Əvvəla, bizim kişilərin əksəriyyəti orta dərəcəli dolğunluqda bir problem görmür. Onlara uşaqlıqdan təlqin edilmişdir ki, zahiri görünüş əsas deyil, əsl kişi ağıllı, güclü olmalı və yaxşı qazanmalıdır. Bununla yanaşı, o, həm də qayğıkeş ərdirsə, nə qədər artıq çəki daşımasının xanım üçün nə fərqi var ki ? Qadınlarda artıq çəkini cəmiyyət qınayır. Kişilərdə isə artıq çəki çox zaman müsbət rol oynayır – belə güclü cins nümayəndəsi arıq həmyaşıdlarından sanballı və etibarlı görünür. Sağlamlıq problemləri də kişiləri ümumiyyətlə narahat etmir. Ona görə də, sağlam həyat tərzi haqqında çox gecxəstələnəndə düşünməyə başlayırlar.

Nəhayət, hətta əriniz arıqlamaq və sağlam olmaqdan imtina etmirsə belə, bu, onun pəhriz saxlayacağına dəlalət etmir. Onun fikrincə, qulançar və kəpəklə yalnız qadınlar və ya metroseksuallar qidalana bilər. O isə, əsl kişidir. Ona ət lazımdır. Özü də buxarda bişirilmiş boz kotlet deyil, normal, orta qızartma dərəcəli steyk. Odur ki, onu daha az kalorili qida rasionuna keçirmək cəhdləriniz rədd ediləcək. Təkid edəcəyiniz halda isə, bu yeni, yağsız biş-düşün tamamilə dadsız olduğunu deyərək evdə yeməkdən imtina edə bilər.

KİÇİK HİYLƏ İŞLƏDİN
Ərinizi xəbərdar etmədən, onun menyusunu xəlvətcə yüngülləşdirin. Dadlı, qızarmış ətdən imtina edə bilmirsə, onu sobada bişirilmiş ət ilə əvəz etmək olar. Onun tərkibində daha az yağ və kalori (pörtlədilmiş yeməklərdə olduğu kimi) var. Yağlı əti yağsız ilə əvəz etmək məsləhətdir. Bu halda yoldaşınızın rasionunda doymuş yağların miqdarı azala-caq. Ənənəvi mayonezin daha yüngülü ilə əvəz olunması da faydalıdır. Yoldaşınızın naharına təsir etmək çətindir – kişilərin əksəriyyəti özləri ilə işə ev yeməyi aparmaqdan imtina edir. Ona görə də, diqqətinizi şam yeməyi üzərində cəmləşdirin. Çalışın ki, o, yeməyi yatmazdan iki saat əvvəl yesin. Bu, həm də bütün ailə üçün faydalıdır. Şam yeməyi vaxtı bütün yeməkləri eyni vaxtda masanın üzərinə düzmək lazım deyil. Əvvəl salatdan başlayın, sonra isə isti yeməyə keçin. Bəli, bu sizə rahat yeməyə mane olacaq – bir-iki dəfə masa arxasından qalxaraq, sobaya qədər getməli olacaqsınız. Amma arıqlamaq üçün məhz elə bu lazımdır. Axı kişinin qarşısında eyni vaxtda bütün yeməklər varsa, o, çətin ki, tərəvəzə həvəs göstərsin. Təbii ki, salat dedikdə ətdən hazırlanmış salat deyil, tərəvəzdən hazırlanmış yüngül yemək nəzərdə tutulur.

Rasionda etdiyiniz bu dəyişikliklər ağrısız ötdüsə, bir müddətdən sonra daha radikal islahatlar aparmaq olar. Misal üçün, həftədə iki dəfə yoldaşınıza balıq və ya buxarda bişirilmiş yeməklər təklif edin. Lakin əvvəllər bu yeməklər ilə yanaşı yağsız sous və ya tünd olmayan ədviyyat əlavə edin, əks halda qida doğrudan da dadsız görünə bilər.

Ümumiyyətlə, qadınlara nisbətən kişilərdə dad reseptorları daha həssasdır. Təsadüfi deyil ki, aşpazların arasında çoxlu kişilər var. Lakin insan uşaqlıqdan qızardılmış ət və ağ çörəyə öyrəşirsə, həssaslıq tədricən itirilir, daha zərif dad çalarları ləzzət vermir. Kişilərin əksəriyyətində məhz belə olur. Daima yeni bir təam dadaraq zövqü alışdırmaq lazımdır. Lakin bunu yumşaq tərzdə etmək gərəkdir. Əvvəlcə ədviyyat əlavə edirik, sonra tədricən onun miqdarını azaldırıq, beləliklə, buxarda bişirilmiş ət yoldaşınız üçün əvvəlcə yeməli, sonra isə dadlı görünür. Nəticə əldə etməyə tələsməyin. Yoldaşınız tədricən, ayda 1-2 kq arıqlayacaq, əvəzində isə sağlamlıq üçün faydalı vərdişlər əldə edəcək. Bu halda artıq çəki geri qayıtmayacaq.

BALACA ŞİŞMAN
İlk cəhdiniz – əlbəttə ki, hər şeyə qadağa qoymaqdır. Dolu bədənli uşağa şokolad, xüsusən də, çips və kola gərək deyil. Bir çox analar, hətta yeniyetmə uşaqları öz saxladıqları pəhrizə riayət etməyə vadar edir – onlar güman edir ki, bu yol ilə tez nəticə əldə etmək olar. Daha bir istək – uşağa kök olmağın pisliyini izah etməkdir. Yaraşıqlı paltar almağın mümkünsüzlüyündən savayı, həmyaşıdları da ona güləcək. Bəs niyə o özünə baxmır ? “Bu gündən arıqlamağa başlayacaqsan!”

HEÇ NƏ ALINMAYACAQ!
Ümumiyyətlə, haqh olsanız da, bu halda qətiyyət göstərmək nəinki faydasız, hətta fızioloji və psixoloji cəhətdən təhlükəlidir. Nə kiçik uşağı, nə də yeniyetməni ciddi pəhriz saxlamağa məruz qoymaq olmaz. Hər ikisi hələ böyüyür, odur ki, yalnız tam dəyərli qida rasionundan ahnan qida maddələrinə ehtiyac duyur. Bu, amin turşuları, vitaminlər, minerallar və doymamış yağlı turşulardır. Onların miqdarını azalt-maq olmaz. Şirniyyat və fast food yeməklərinə qarşı qoyulan qadağalar da həmişə kömək etmir. Konfetə öyrəşmiş körpə həmişə onu istəyəcək. Yeniyetmə isə, əlbətt, itaətkarcasına evdə çips yeməyəcək, amma gəzintiyə çıxan kimi bütün gündəlik pulunu məhz onlara və müxtəlif şokoladlara xərcləyəcək.

“Güzgüdə özünə bax-maq” kimi öyüdlər də daha çox zərər yetirəcək. Xüsusən də, keçid yaş dövründə olan uşaqlar üçün. Bu dövrdə insanlar ilk dəfə olaraq kollektivdə öz yerini tapmaq, öz müqəddəratını təyin etməyə çalışır. Elə ki, hamı kimi olmadığı fıkrini uşağa təlqin etməyə başlayırsınız – sosiallaşma çətinləşir. Gənc “ponçik” utanr, özünə qapanır, kompleks yaşayır. Nəticədə daha çox yeməyə başlayır. Axı məlumdur ki, qida – ən sadə və əlçatan antidepressantdır. Qızlar üçün daha çətindir. Onlar arıqlamağa razılaşsalarda, çox vaxt dözə bilmirlər. Anoreksiyalı yeniyetmə xanımlar, təəssüf ki, nadir hal deyil.

AĞIL İLƏ HƏRƏKƏT EDİN
Nəsihət və qadağasız keçinmək və ehmalca rasionu dəyişmək lazımdır. Birdən-birə şirniyyatı rasiondan xaric etmək olmaz. Sadəcə, onları nahardan sonra verin. Bu təcrübəni lap erkən yaşlardan tətbiq etmək yaxşıdır. Şirniyyatı qismən meyvə ilə əvəz etmək daha yaxşıdır. Onlar çox kalorili deyil, vitamin və sellüloza ilə zəngindir. Bununla yanaşı, dadlıdır və uşaqlar tərəfındən çərəz kimi qəbul olunur. “Çips bəlası” ilə də ciddi qadağalar tətbiq etmədən mübarizə aparmaq lazımdır. Sadəcə, evə çips almayın. Uşaq onları küçədə yeyəcək – nə etmək olar ? Amma evdə bu vərdişi yaymaq olmaz. Oğlunuz, yaxud qızınızın artıq çəkidən qurtulmağını istəyirsinizsə, öz menyunuzu qay-daya salın. Uşağın arıqlamasını təkidlə tələb etməyin. O, sağlam həyat tərzi keçirməlidir, bu zaman kilolar özü gedəcək. Məktəbəqədər uşaqlar sizə itaət göstərsə də, məktəbliyə rasional qidalanma haqqında obyektiv biliklər lazımdır. O, yağh və şirin yeməklərin çəkini artırdığı, sağlamhğa zərərli olması, rasionda tərəvəzin çox olmasımn isə orqanizmə faydası və arıqlamağa kömək etməsi haqqında məlumatlı olmahdır.

Yeməyi boşqaba qəşəngvə maraqh tərzdə oyun, uşağa yeni, kalorisiz yeməklər dadmağı təklif edin. Bu yeməkləri onunla müzakirə edin. Dad çalarlarım seçməyi öyrədin. Ən faydah qida davramşı -qurmanhqdır.

Daha bir məsləhət – uşağı mütləq yüngül yeməyin bişirilməsinə cəlb edin. Təcrübə göstərir ki, uşaq yemək bişirməyi bacarırsa, yeməyə də daha incə münasibət göstərir. Onu daha diqqətlə və düşünülmüş şəkildə seçir. Bu isə, yalnız gözəl qamət deyil, bütövlükdə sağlamlığın açarıdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir