Metbex

Həyatınızı dəyişəcək 9 mətbəx sirri

Baxış sayı: 580

Müasir dövrdə ən dəyərli məhfumlardan biri zamandır və vaxta qənaət etmək üçün bəzi mətbəx hiylələrini bilməkdə fayda var.

Beləliklə, bu dəfə də sizə onlardan bir neçəsini təqdim edirik.

 

Qazanın daşmasının qarşısını alın

Köpük töküldükdə dərhal yanır və həm tavanı, həm də sobanı ləkələyir. Bunun qarşısını almaq üçün qazanın üstünə taxta qaşıq qoymaq kifayətdir. Taxta qaşıq köpüyün yığılmasını əngəlləyir.

 

Göyərtini atmayın

İstifadə edilməmiş göyərtini atmağa heyfiniz gəlir? Göyərtini doğrayıb buz üçün formaya yerləşdirin və üzərinə salata tökdüyünüz zeytun, yaxud başqa yağ töküb dondurun. Növbəti dəfə salat hazırlayanda istifadə edin.

 

Qida plyonkasını sərin yerə qoyun

Gəlin razılaşaq ki, qida plyonklası özünə yapışanda və ya səliqəli cırılmayanda bu bizi qıcıqlandırır. Bunun üçün dişcikli xüsusi tutacaq almaq olar, lakin başqa çıxış yolu da var: plyonkanı soyuducuda saxlamaq. Orada o daha möhkəm olacaq və cırılıb yapışmayacaq.

 

Albalıdan tumları rahat çıxarın

Albalının tumlarını təmizləməyə, demək olar ki, bütün ailə üzvləri qoşulur. Çox vaxt bundan sonra mətbəx albalı suyuna bulaşır və qanlı döyüş yerinə bənzəyir.

Hər bir evdar xanımın öz tum təmizləmə cihazı və üsulu var: kimi saç sancağı, kimi yemək çubuğu ilə. Bu üsullarla əldə tutulan albalı sıxılır və suyu birbaşa masaya və ya qaba axır. İtkini azaltmaq üçün ağzı dar bir butulka götürün, albalıları tək-tək qoyub yemək çubuğu ilə tumları birbaşa butulkanın içinə basıb çıxarın. Şirəsi də oraya axacaq.

 

Doğrama taxtasını düzgün təmizləyin

Doğrama taxtasını yaxşı təmizləməsəniz, orada bakteriyalar çoxalacaq. Bir ədəd limonu yarıya bölün və kəsilmiş hissəsini duza batırıb taxtanı yaxşıca sürtün. Daha sonra taxtanı suda yaxalayın.

 

Artıq yağları götürün

Bulyon, qızartma və souslardan artıq yağları çıxarmaq üçün buz parçalarını kəfkirə qoyun və yeməyin səthində gəzdirin. Bu, yağın qatılaşmasına kömək edəcək və onu səthdən toplamaq asan olacaq.

Almanı qaralmadan qoruyun

Doğranmış almanın qaralmaması üçün dilimləri soyuqda saxlayın. Həmçinin onlara limon və ya ananas suyu da sürtə bilərsiniz. Bu şirələrdəki turşular reaksiyanı yavaşladır və antioksidantlar onu yatırdır. Suya bal qatıb alma dilimlərini içində saxladıqda isə oksidləşmə prosesi dayanır.

 

Qaynadılmış kartofun qabığını asanlıqla soyun

Çətin soyulan kartofu əlinizlə, yaxud tərəvəzsoyanla təmizləyə bilərsiniz. Lakin bunlardan daha yaxşı üsul var. Kartofu bişirdikdən dərhal sonra onu içində buzlu su olan qaba qoyun. Qabıq birbaşa əlinizdə çıxacaq.

 

Yumurta qabığını rahat tutun

Sındırılmış yumurtanın təsadüfən qaba düşən kiçik qırıqlarını tutmaq adətən çətin olur. Bunun üçün iri qabığı götürüb onunla tutmağa çalışın. Yumurta qabığı kiçik qırıqları özünə maqnit kimi çəkəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir