tehsil

Ha­zır­lıq qrup­la­rı nə­yi də­yi­şə­cək?

Baxış sayı: 1. 269

Son il­lər ali təh­sil mü­əs­si­sə­lə­rin­də ba­ka­lavr ol­maq is­tə­yən­lər üçün ha­zır­lıq kurs­la­rı­nın təş­ki­li və bu kurs­la­rın təh­sil sis­te­min­də ro­lu mü­za­ki­rə olu­nur. Ar­tıq ha­zır­lıq kurs­la­rı­nın ke­çi­ril­mə­si qay­da­la­rı təs­diq­lə­nib. La­kin eks­pert­lər bu ha­zır­lıq kurs­la­rı­nın təş­ki­li­nin tə­ma­yül si­nif­lə­rə zidd ol­ma­sı­nı və kur­su bi­ti­rən­lə­rin on­suz da ye­ni­dən qə­bul im­ta­han­la­rın­da iş­ti­rak et­mə­li ol­duq­la­rı­nı bil­di­rir­lər. Bir qis­mi isə ha­zır­lıq kurs­la­rı­nın ümu­mi­lik­də tə­lə­bə­lə­rin sa­yı­nın art­ma­sı­na xid­mət edə­cə­yi­ni dü­şü­nür.

Təh­sil Xid­mət­lə­ri Araş­dır­ma Mər­kə­zi­nin rəh­bə­ri, təh­sil eks­per­ti Kam­ran Əsə­dov bil­di­rir ki, 2017-ci il­də Mil­li Məc­li­sin Elm və Təh­sil Ko­mi­tə­sin­də “Təh­sil haq­qın­da” qa­nu­nun 22-ci mad­də­si­nə edil­miş də­yi­şik­lik­də ali mək­təb­lər­də ba­ka­lav­ri­at sə­viy­yə­sin­də ha­zır­lıq qrup­la­rı­nın təş­kil edil­mə­si nə­zər­də tu­tu­lur. Azər­bay­can ali təh­sil sis­te­min­də ba­ka­lav­ri­at sə­viy­yə­sin­də ha­zır­lıq qrup­la­rı­nın ya­ra­dıl­ma­sı ilk növ­bə­də gənc­lə­rin uni­ver­si­te­tə cəlb olun­ma­sı şə­bə­kə­si­ni ge­niş­lən­di­rə­cək. Am­ma “Təh­sil haq­qın­da” qa­nu­na tək­lif olu­nan də­yi­şik­lik­lər Təh­sil Na­zir­li­yi­nin or­ta mək­təb­lər­də bu il­dən eti­ba­rən ge­niş şə­kil­də tət­biq edil­mə­si­ni nə­zər­də tut­du­ğu tə­ma­yül si­nif­lə­ri­nə zid­dir. “Be­lə ki, bu tə­ma­yül si­nif­lə­ri­nin ya­ra­dıl­ma­sın­da əsas məq­səd şa­gird­lə­rin ali mək­təb­lə­rə da­ha key­fiy­yət­li ha­zır­lı­ğı­nı hə­ya­ta ke­çir­mək­dir.

Bun­dan əla­və, ali təh­sil mü­əs­si­sə­lə­ri­nin be­lə bir ha­zır­lıq qrup­la­rı­nın ya­ra­dıl­ma­sı ilə bağ­lı ha­zır­lı­ğı baş­la­ma­yıb. İkin­ci tə­rəf­dən isə, bu, heç də azər­bay­can­lı gənc­lə­rin xa­ri­ci öl­kə­lər­də təh­sil al­ma­ğa get­mə­lə­ri­nə ma­ne ol­ma­ya­caq. Ona gö­rə ki, ha­zır­lıq qrup­la­rın­da təh­sil alan tə­lə­bə­lər 1 il­dən son­ra ye­ni­dən qə­bul im­ta­han­la­rın­da iş­ti­rak edə­cək­lər və mü­sa­bi­qə şərt­lə­ri­ni ödə­yən abi­tu­ri­yent­lər ali mək­təb­lə­rə qə­bul ola­caq­lar. Çün­ki ha­zır­lıq qrup­la­rın­da təh­sil al­maq han­sı­na hü­qu­qi qüv­və­yə ma­lik de­yil. Bu dün­ya təc­rü­bə­sin­də möv­cud olan təc­rü­bə­dir”.

Həm­söh­bə­ti­miz tək­lif edir ki, ha­zır­lıq qrup­la­rın­da təh­sil alan tə­lə­bə­lər 1 il son­ra qə­bul im­ta­han­la­rın­da iş­ti­rak edib hə­min uni­ver­si­tet­lə­rə qə­bul ol­sa­lar, ye­ni­dən bi­rin­ci kurs­dan yox, ikin­ci kurs­dan dər­sə baş­la­sın­lar. “Bu ad­dı­mın atıl­ma­sı­nı zə­ru­ri edən amil ki­mi, son il­lər uni­ver­si­tet­lə­rə qə­bu­lun aşa­ğı düş­mə­si­ni və uni­ver­si­tet­lə­rin gə­lir­lər­dən məh­rum ol­ma­sı­nı gö­rü­rəm. Əl­bət­tə ki, ali mək­təb­lə­rə qə­bul im­ta­han­la­rın­da də­yi­şik­lik edil­mə­si zə­ru­ri­dir, am­ma bu, heç də ha­zı­rıq kur­su və qrup­la­rı­nın ya­ra­dıl­ma­sı ilə hə­ya­ta ke­çi­ril­mə­mə­li­dir”.

Əsə­dov bil­di­rir ki, Azər­bay­can­da fəa­liy­yət gös­tə­rən 54 ali təh­sil mü­əs­si­sə­lə­rin­də 165 mi­nə qə­dər tə­lə­bə təh­sil alır. On­la­rın 71 fai­zi təh­si­li­ni ödə­niş­li əsas­lar­la da­vam et­di­rir və uni­ver­si­tet­lə­rin ha­zır­la­dıq­la­rı kadr­lar o qə­dər də əmək ba­za­rı­nın tə­ləb­lə­ri­nə ca­vab ver­mir. Məhz bu­na gö­rə də, Təh­sil Na­zir­li­yi­nin mü­əl­lim­lə­rin di­aq­nos­tik im­ta­ha­nın­da 40 fai­zə qə­dər ix­ti­sa­sı üz­rə dərs de­yən mü­əl­lim zə­if nə­ti­cə gös­tə­rib. “Yax­şı olar ki, ali mək­təb­lər öz­lə­ri­nin kadr ha­zır­lı­ğı­nın key­fiy­yə­ti­nin ar­tı­rıl­ma­sı ilə məş­ğul ol­sun­lar. Əla­və sa­hə­lə­rə məş­ğul ol­maq on­la­rın fəa­liy­yə­ti­nə ma­neə ya­ra­da­caq”.

K.Əsə­dov vur­ğu­la­yır ki, ha­zır­lıq qrup­la­rın­da təh­sil yal­nız ödə­niş­li əsas­lar­la ola­caq və qə­bul im­ta­han­la­rı­nın nə­ti­cə­lə­ri açıq­la­nan­dan son­ra plan ye­ri dol­ma­yan uni­ver­si­tet­lər­də boş qa­lan plan yer­lə­ri­nə uy­ğun say­da təş­kil olu­na­caq: “Əs­lin­də bu qə­rar re­pi­ti­tor­lu­ğa cid­di zər­bə vu­ra­caq. Təh­si­lin in­ki­şa­fı, əl­ça­tım­lı­lı­ğı­nın tə­min olun­ma­sı is­ti­qa­mə­tin­də mü­hüm ad­dım­dır. Ey­ni za­man­da abi­tu­ri­yent­lə­rin psi­xo­lo­ji cə­hət­dən ali təh­sil mü­əs­si­sə­lə­ri­nə ha­zır­la­ma­sı­na xid­mət edə­cək”.

Əsə­do­vun söz­lə­ri­nə gö­rə, ha­zır­lıq qru­pu üz­rə ali təh­sil mü­əs­si­sə­lə­rin­də xid­mət gös­tə­ril­mə­si dün­ya­nın müx­tə­lif öl­kə­lə­ri­nin rey­tinq­li uni­ver­si­tet­lə­rin­də də hə­ya­ta ke­çi­ri­lir: “Ali təh­sil mü­əs­si­sə­lə­rin­də ha­zır­lıq qrup­la­rı­nın ya­ra­dıl­ma­sı ali təh­si­lin əha­tə dai­rə­si­ni ge­niş­lən­dir­mək üçün çox bö­yük əhə­miy­yət kəsb edir. Ha­zır­lıq qrup­la­rın­da ey­ni fənn müx­tə­lif sa­hə­lər­də təd­ris olun­sa be­lə, on­lar bir­ləş­di­ri­lib bir­lik­də ke­çi­ri­lə bil­məz və ya qrup­da uşaq az­dır de­yə ix­ti­sas­la­rı bir­ləş­di­rib keç­mək ol­maz”.

 

Təh­sil eks­per­ti Mü­təl­lim Rə­him­li­nin de­di­yi­nə gö­rə, ali təh­sil mü­əs­si­sə­lə­rin­də təş­kil olu­na­caq ha­zır­lıq kurs­la­rı ilə bağ­lı cə­miy­yət­də bir­mə­na­lı fi­kir­lər səs­lən­mir: “Bu­nu əsas­lan­dır­maq üçün or­ta­da ar­qu­ment­lər var. Bun­lar­dan bi­ri on­dan iba­rət­dir ki, Azər­bay­can­da di­gər öl­kə­lər­dən fərq­li ola­raq təh­sil biz­ne­si in­ki­şaf et­mə­yib. Azər­bay­can­da yüz­lər­lə abi­tu­ri­yent ali mək­təb­lə­rə qə­bul olu­na bil­mə­di­yi­nə gö­rə, xa­ri­ci öl­kə­lə­rə axı­şır. Bu da Azər­bay­can­dan xa­ri­ci öl­kə­lə­rə val­yu­ta axı­nı­nı sti­mul­laş­dı­rır”.

Mü­sa­hi­bi­mi­zə gö­rə, mə­sə­lə­nin ikin­ci tə­rə­fi odur ki, öl­kə­də abi­tu­ri­yent­lər on­suz da re­pe­ti­tor ya­nı­na ge­dir­lər. Və­sa­it ödə­yə­rək ali mək­təb­lə­rə ha­zır­la­şır­lar. Bu ödə­ni­lən və­sa­it də döv­lət büd­cə­sin­dən giz­lə­di­lir. Bu­nun­la bağ­lı Ver­gi­lər Na­zir­li­yi­nə, DSMF-yə heç bir mə­lu­mat ve­ril­mir. Onun fik­rin­cə, əgər ali təh­sil mü­əs­si­sə­lər­də be­lə ha­zır­lıq kurs­la­rı təş­kil olu­nar­sa, kurs­la­ra xərc­lə­nən ödə­niş­lər­dən döv­lət büd­cə­si də fay­da gö­tü­rər. Ha­zır­lıq kurs­la­rı­nın təş­ki­li ilə həm Azər­bay­can­dan xa­ri­ci öl­kə­lə­rə val­yu­ta axı­nı­nın qar­şı­sı alı­nar, həm də büd­cə­dən giz­lə­di­lən ver­gi sis­te­min­də ay­dın­laş­ma ola bi­lər.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir