kotilet

“Hamburger steyk” necə hazırlanır?

Baxış sayı: 1. 414

Kotlet – istənilən restoranın menyusunda olan, uşaqların sevimlisi, dadlı olmaqla yanaşı, bütün qadınların da asanlıqla bişirə biləcəyi xörəkdir. Hamının sevimlisi olan kotleti müxtəlif formalarda hazırlamaq olur. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında sizə “Hamburger steyk”ın hazırlanma qaydasını təqdim edirik.

 

İçindəkilər

Yumşaq mal əti – 800 qram

Vorçester sousu – 2-3 xörək qaşığı

Qara istiot

Bolqar bibəri – 500 qram

Çili istiotu – 50 qram

Şəkər – 250 qram

Limon şirəsi  – 30 ml

 

Hazırlanması

Əvvəlcə ətləri kub-kub doğrayırsan, sonra üzərinə şirin və qara istiot, vorçester sosusu əlavə et. Hər şeyi qarışdır və 1 saat qoy dinlənsin. Ət dadlandırıcı ədviyyatlar əlavə etdikdən sonra 5 ədəd küftələr düzəlt.  Tavaya zeytun yağı əlavə etdikdən sonra kotletləri qızart. Qarnirdə isə xiyar, pomidor və turpdan “Aysberq” salatı hazırlaya bilərsən. Qeyd edək ki, tam şəkildə 2 saata hazır olur və 1 nəfərlikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir