hamile

Hamilələrin ortaq dərdi: qəbizlikdən necə qurtulmalı?

Baxış sayı: 1. 656

Sirr deyil ki, hamiləlik dövründə qəbizlik tez-tez yaşanan haldır. Qış aylarında hərəkət azaldığından bu şikayətlər daha çox artır. Qəbizliklə rastlaşmamaq üçün gündə ən azı 2 litrdən az olmayaraq su içmək lazımdır. “Gencaile.az” “Ailem.az”-a istinadən qəbizliklə mübarizə aparmaq üçün hamilələrə daha bir neçə məsləhət təqdim edir.

Hər yemək zamanı bişmiş tərəvəz və salat yeyilməli, yemək aralarında meyvə, meyvə kompotları içə bilərsiniz. Qəbizliyə quru ərik, qaysı, əncir və armud da kömək edir.

 

Meyvə əzməsi yeyin

Meyvələrin suyunu içməkdənsə əzməsini də yemək bağırsaqlar üçün daha təsirlidir. Bununla yanaşı, sıxılmış qurupaxlalılar, tam taxıllı çörəklər, yulaf əzməsi də yeməyiniz məsləhətdir.

Hamiləlikdə qatıq və kefir də faydalıdır. Qatıq probiotikdir, yəni probiotiklərin istehsalını artırır. Kefir də probiotikdir, eyni zamanda özü də mikroorqanizmdir. Bu isə onun tərkibində bol miqdarda vitaminlər – K, B1 vitamini, pantotenik turşu, naisin, fol turşusu, B12 və biotinlə bərabər sintezinə səbəb olur. Kefir tərkibindəki probiotik bakteriyalar sayəsində bağırsaqda xəstəlik yaradan bakteriyaların yox olmasına şərait yaradır. Beləliklə də, bir çox xəstəliklərə qarşı qoruyucu təsiri var. Qatıq və kefir antioksidant xüsusiyyəti sayəsində infeksiyalara qarşı immunitetin artmasına da imkan yaradır.

Hamile




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir