hamile

Hamiləlik dövründə işləmək təhlükəlidirmi?

Baxış sayı: 588

Hamiləlik dövründə düzgün qidalanmaqla yanaşı, həm də yaxşı istirahət etmək önəmlidir.

Hamiləlik ana olacaq qadının özünü çox gücə salmadan günlük işlərini rahatlıqla görə biləcəyi bir dönəmdir.

“Hamiləsən! Ağır yük qaldırma! Hündür yerlərə çıxma! Çox ev işi görmə!”. Yəqin ki, bu sözlər uşaq dünyaya gətirən hər bir qadına tanışdır. Hamilə qadının yaxınları, qohumları bunları deməklə onu təhlükədən qorumaq istəyirlər. Həkimlər isə hamilə qadınlara hər gün yüngül də olsa, müəyyən hərəkətlər etməyi məsləhət görür.

Uşaqsalma və erkən doğum riski olmayan qadınlar hamiləliyin 32-ci həftəsinə qədər işləyə bilərlər. 32-ci həftədən sonra isə işləyib-işləməyəcəyi ilə bağlı öz həkimi ilə məsləhətləşməlidir.

Qadınlar xüsusən hamiləliyin 20-ci həftəsindən etibarən qan təzyiqinin enməsi kimi problemlər yaşayırlar. Bu zaman onların  işlərini yavaş-yavaş və istirahət edə-edə görmələri məsləhətdir. Bununla yanaşı düzgün qidalanmaya da diqqət edilməlidir.

Hamiləliyin son həftələrində hərəkətlər yüngülləşdirilməli və yavaşladılmalıdır.

Hamiləlik istirahətin önəmli olduğu bir dönəmdir. Həddən çox yorğunluq və yuxusuzluq erkən doğuma yol açır.

Hamilə qadınlar  iş yerindən və ev işlərindən artıq qalan vaxtları heç bir şey etmədən ən azı iki saat sol böyrü üstə yataraq, körpənin fiziki və ruhi inkişafına zəmin yaratmalıdırlar.

Hamiləliyin son günlərində hər bir kişinin ev işlərində öz xanımına kömək etməsi vacibdir. Bu, hamilə qadının həyat yoldaşının onun yanında olmasını hiss etməsi baxımından da xeyli vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir