hamile

Hamiləlik zamanı səyahət edənlər nələrə diqqət etməlidir?

Baxış sayı: 152

Hamiləlik fizioloji prosesdir, normal gedən hamiləlik zamanı səyahət etmək qadağan deyil. Sadəcə bir neçə məqamı bilmək lazımdır. Əsasən hamiləliyin 2-ci trimestrində (14-26 həftələr arası) səyahət yolveriləndir. Çünki bu dövrdə artıq döldə bütün orqanlar formalaşmış olur, cift qan dövranı fəaliyyət göstərir, 1-ci trimestrin toksikozu keçmiş olur, doğuşa isə yetərincə vaxt var, qarın o qədər də böyük olmur.
Səyahət planlayan zaman gediləcək ölkənin hava şəraitindən məlumatlı olmaq önəmlidir. Əsasən hamilənin yaşadığı şəhərlə səyahətə getdiyi şəhərin temperatur fərqi 40 dərəcə və artıq olması təhlükəlidir. Çünki bu zaman orqanizmin uyğunlaşması çətin ola bilər, immunitet zəfliyi nəticəsində xroniki xəstəliklərin kəskinləşməsi və kəskin respirator virus xəstəlikləri meydana çıxar.
Səyahət zamanı uzun müddətli piyada gəzmələrdən, velosiped, avtobusda uzun müddət ekskursiyalardan imtina etmək lazımdır.

Gigiyena qaydalarına və qidalanmaya fikir vermək lazımdır.Küçələrdə açıq satılan qidaları qəbul etməmək, çiy su içməmək, əlləri tez-tez antibskterial nəm salfetlərlə silmək lazımdır.
Ağır yük götürmək olmaz. Səyahət zamanı çantaların yüngül və rahat daşınan olmasına fikir vermək lazımdır.
Transportlarda kitab oxumaq,telefona baxmaq,oyun oynamaq məsləhət görülmür. Bu zaman ürəkbulanma, başgicəllənmə, hətta qusma baş verə bilər.
Öncədən rahat boyun və kürək üçün döşəkcə əldə etmək olar. Oturan zaman ayaqqabıları çıxarmaq,ayağa rahatlıq vermək olar.Varikoz genişlənmədən əziyyət çəkənlər bunun üçün xüsusi corablar geyinməlidirlər.
Ümumiyyətlə səhahətə çıxmazdan əvvəl ginekoloqunuza müraciət edin.Ginekoloqun razılığı önəmlidir!