hamilelikde idman

Hamiləlik zamanı yoqa ilə məşğul olmağın hansı faydaları var?

Baxış sayı: 1. 801

Bir qadının həyati boyunca yaşadığı ən xüsusi dövrü olan hamiləlik qadının gücünü və elastikliyini kəşf edə bilməsi üçün önəmli fürsətdir. Bu müddətdə qadın vücudunda fiziki və psixoloji bir çox dəyişikliklər baş verir.

Bu dəyişiklik müddətində sıxıntılar yaşamaq əvəzinə hamiləliyin hər anının dadını çıxarmaq üçün yoga ilə məşğul ola bilərsiniz. Yoga bədənin, zehnin və ruhun birləşməsi deməkdir.

Yoga ananın özünü daha güclü hiss etməsinə kömək edir. 

Doğum həyatdakı ən önəmli dəyişiklikdir. Bu dəyişiklik müddəti hüzurlu və xöşbəxt keçməsi üçün yoga ilə məşğul olunmalıdır. Hamilə qadının fiziksəl kondisyonunu qoruyur. Ürək bulantılarını aradan qaldırır. Onurğadakı dəyişikliklərin yenidən düzəlməsinə və qarın əzələlərinin güclənməsinə kömək edir.

Yoga sadəcə bədəni fiziki gücləndirmir, həmçinin psixoloji də kömək edir.

Doğuşdan sonra ilk 3 ayda da yogaya davam edin. 

Hamiləlik müddətində edilən mütamadi yoga proqramı, hamilə qadının enerjisini yüksəldir. Yoganın köməyi ilə nəfəsi kontrol etməyi öyrənir. Beləliklə, doğuş daha tez və asan baş tutur.

Yaxşı hamiləlik keçirmək və uşaq dünyaya gəldikdən sonrakı ilk 3 ay çox önəmlidir. Buna görə də, hamiləlik yogası uşağın ana rəhminə düşdüyü andan başlayıb doğuşdan sonrakı 3 ayda tamamlanmalıdır.

Bu müddətdə digər hamilələrlə vaxt keçirmək və eyni hissləri paylaşmaq ananın daha hüzurlu hiss etməsinə səbəb olacaq. Bu hüzurun uşağa da keçməsi onun bütün həyatına təsir edən əsas ünsürdür. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir