hamile

Hamiləlikdə dözülməz ürəkbulanma halları körpəyə təsir edirmi?

Baxış sayı: 190
Hamiləlik dövrünü hər qadın özünəməxsus şəkildə keçirir. Bu dövrdə qadınların sıx yaşadığı problemlərdən biri ürək bulanmasıdır. Bəzi qadınlar bu narahatlığı asan keçirsə də, bəzilərində dözülməz bir hal alır.
Səhər ürəkbulanması hamilə qadınların 3/4-də rast gəlinir. Əlamətləri intensivliyinə görə müxtəlif ola bilər, lakin, adətən ürəkbulanma və qaytarma buna daha çox daxildir.
Daha çox səhərlər baş verən bulantının səbəbi hələlik təm məlum olmasa da mütəxəssislər bir neçə faktor göstərirlər:
Bədəninizdə dəyişikliklərə səbəb olan oestroqenin yüksək səviyyəsindən stressli emosiyalar, kəskin qoxular və s.
Bununla bağlı pediatrlara verilən ən çox suallardan biri ürəkbulanmanın körpəyə təsir edib-etməməyidir. 
Həkimlər isə ananın lazımi miqdarda qidalar və maye qəbul edəcəyi təqdirdə bunun korpəyə hansısa problem yaşatmayacağını bildirirlər.
Qeyd edək ki, səhər ürəkbulanması 4-6-cı həftələrdə başlayır və birinci trimesterin sonunda bitir. Buna baxmayaraq, ürək bulanması hamiləlik zamanı hərdən baş verə bilər. Çünki öyrəşilən qoxular hamiləlik dövründə ifrat dərəcəyə çata və ürək bulantısına səbəb ola bilər.
Bu məqamda anaları düşündürən digər sual isə ürəkbulanmanın müalicəsinin olub-olmamasıdır.
Pediatrlar konkret olaraq müalicənin olmadığını, lakin  bəzi üsullardan istifadə edərək əlamətləri yüngülləşdirməyin mümkün olduğunu vurğulayırlar.
Aşağıdakı üsullardan istifadə edərək bu problemi qismən də olsa aradan qaldıra bilərsiniz:
Gün ərzində mədəniz boş qalmasın deyə az miqdarda lakin tez-tez qidalanın. Hamiləlikdə ürəkbulanma ilə mübarizə aparmaq üçün yanınızda yüngül qəlyanaltı saxlayın.
Yatağınızın yanında sadə, quru krekerlər və ya şirin biskvitlər saxlayın. Oyanan kimi birini yeyin və yerinizdən qalxmazdan əvvəl 20-30 dəqiqə uzanıb istirahət edin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir