hamile

Hamiləliyi daha tez aşkar edən simptomlar

Baxış sayı: 234

Adətən hamiləliyin baş tutub-tutmamasını təyin etmək üçün hamiləlik testlərindən istifadə olunur. Müasir testlər çox həssasdır və hamiləliyi menstrusiyanın ləngiməsinin ilk günündən etibarən aşkar etməyə imkan verir. Lakin müəyyən simptomlar hamiləliyi daha tez aşkar etməyə kömək edə bilər.

Hamile

1. Səbəbsiz yuxululuq. Qadın yuxudan doymur, bütün günü ancaq yatmaq istəyir.
2. Hərarətin səbəbsiz olaraq bir qədər artması. Qadına elə gəlir ki, o, xəstələnir.
3. Təzyiqin birdən-birə düşməsi, başgicəllənmə.
4. Tez-tez sidiyə getmək.
5. Səbəbsiz ishal, köp, bağırsaq qazları.

Bütün bu simptomlar qadın orqanizmində hamiləliklə bağlı olan hormonal dəyişikliklərlə əlaqəlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir