USAQ

Hamiləliyin kişilər üzərindəki təsirləri – FOTOLAR

Baxış sayı: 1. 274

Hamiləlik yalnız qadınlara deyil, onların həyat yoldaşlarına da təsir edir. Bu proses kişinin də psixologiyasına təsir edərək müəyyən mənada onu dəyişir. Onlar yoldaşlarına yardım etmək istəyirlər. Buna həyat yoldaşları ilə birlikdə daha çox yemək yeyərək başlayırlar.

Miçiqan universitetinin tədqiqatçıları ilk dəfə valideyn olmağa hazırlaşan 29 cütlüyü müşahidə ediblər. Müntəzəm fasilələrlə onların hormon səviyyələri qadınının hamiləliyinin 36-cı həftəsinə qədər araşdırılıb. Bu zaman qadınların dörd hormonunun çox yüksəldiyi müşahidə olunub: estradiol, progestoron, kortizol və testosteron.

Kişilərdə isə yalnız estradiol və testosteron hormonlarının səviyyələrinin artması müşahidə olunub. Həkim Robin Edelstein və psixologiya kafedrasının professoru Yahoo Parentinge testosteron və estradiol hormonlarının kişiləri bu dövrdə daha həssas etdiyinə dair bəyanatlar veriblər.

Kişilərin dəyişməsinə səbəb yalnız həyat yoldaşlarının hamilə olması deyil, həm də onların ata olmağa hazırlaşmasıdır. Görək kişilər bu dövrdə necə dəyişir…

Hamileliğin erkekler üzerindeki ilginç etkileri

Kökəlməyə başlayırlar

Məlum olduğu kimi ana namizədləri hamiləliklə birlikdə çəki almağa başlayırlar. Eyni zamanda, ata namizədləri də köklüyə doğru meyllənirlər. Kişilər ən az hamilə xanımları qədər kökəlirlər.

Hamileliğin erkekler üzerindeki ilginç etkileri

Səhərlər ürək bulanması yaşayırlar

Hamiləlikdə mədə bulanması ana namizədləri üçün olduqca xoşagəlməyən haldır. Mədələrində turşuluq və bel ağrıları olur, ayaqları şişir. Ana namizədləri bu dövrləri yaşayarkən kişilər də bundan təsirlənir və ürək bulanması kimi hallar yaşaya bilər.

Hamileliğin erkekler üzerindeki ilginç etkileri

Kişilərdə də süd istehsalı başlayır

Ata namizədləri də doğumdan əvvəl süd istehsal edir. Bəs buna nə səbəb olur? Süd uşağın inkişafında mühüm rol oynayır. Atalar uşaqlarının ağlamalarına qarşı çox həssas olduqları üçün süd hormanları onların da psixoloji olaraq süd istehsal etməsinə səbəb olur.

Hamileliğin erkekler üzerindeki ilginç etkileri

Doğum sonrası depressiyası onlara da təsir edir

Doğum öncəsi və doğuşdan sonrakı bir il kişilər də bəzi çətinliklər yaşayır və depressiyaya düşürlər.

Hamileliğin erkekler üzerindeki ilginç etkileri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir