hamile

Hamiləliyin yaxşı və xeyirli tərəfləri

Baxış sayı: 160

Hamiləlik bəzən qadınlar üçün uzaqdan qorxuducu ola bilir və bu səbəbdən uşağın doğulmasını gecikdirən cütlüklərin də sayı çoxdur. Ancaq hamiləlikdə rast gəlinən çətinliklərlə yanaşı həyatı hamilə qadınlar üçün daha gözəl hala gətirən səbəblər də var. Belə ki, sadəcə böyüyən qarın, artıq çəkilər, ağrılar deyil, sizə xoşbəxtlik verən bir çox şey də hamiləliklə birgə gəlir və uşaq sahibi olmağın həyəcanına hamilə olmağın gözəlliyi də əlavə olunur. İndi biz hamiləliyin yaxşı və xeyirli tərəflərini sizin diqqətinizə çatdırırıq.

Xüsusilə dövlət işlərində işləyən qadınlara 7-ci aydan etibarən məzuniyyət verillir. Bu zamanı dincəlmək üçün istifadə edə bilərsiniz. Əslində hamiləlik fiziki olaraq bir az çətinlik yaradır, lakin zehni işlə məşğul olanların beyinlərini istirahət elətdirmələri üçün bu məzuniyyət müddəti çox yaxşı fürsətdir. Uşaq olduqdan sonra elə çox vaxtınız olmayacağına görə hamiləlikdə sahib olduğunuz bu bol zamanı yaxşıca dincəlmək üçün istifadə edin.

Hamiləlikdə menstruasiya prosesi baş vermir. Bu dövrü ağrılı və çətin keçirən xanımlar üçün hamiləliyin yaxşı tərəfi uzun bir müddət menstruasiya sancıları yaşamadan vaxt keçirə bilmək və bir az da olsa özünü yaxşı hiss edə bilməkdir.

Rahatca yemək yemək də hamiləliyin yaxşı tərəfləri arasındadır. Belə ki, uşağınızın ehtiyacı olan qidaları yeyir, beləliklə daha sağlam qidalanırsınız. Normal həyatında çox miqdarda “fast food” yeyən və sağlam qidalanmayan bir çox xanımın hamiləlik dövründə tamamilə sağlam qidalanma rejiminə keçdiyi və ancaq faydalı qidalar yediyi görülmüşdür.

Aparılan elmi tədqiqatlar nəticəsində ən az bir dəfə uşaq doğmuş qadınların uşaqlıq xərçəngi olma ehtimallarının xeyli miqdarda aşağı düşdüyü göstərilmişdir. Beləliklə, təbiətin yaratdığı bu üsulu tətbiq edərək, uşaq sahibi olmaqla yanaşı sağlamlığınızı qoruya və xərçəngə qarşı qoruna bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir