hamile

Hamilə qadınlar üçün yaddaş vərəqəsi

Baxış sayı: 1. 670

Siz hamiləlik zamanı həkiminizə nələr barədə mütləq məlumat verməlisiniz?

Hamiləliyin gedişi zamanı gələcək ana öz müalicə həkimi ilə yaxın ünsiyyətdə olmalıdır.

Bu hamiləliyin gedişində ortaya çıxan problemlərdən qorunmaq və ya onları vaxtında aradan götürməyə kömək edir.

Hörmətli hamilələr!

Qadın məsləhətxanasına müraciət edərkən aşağıdakı xəstəliklərin sizdə olduğu barədə həkiminizə mütləq məlumat verin:

•  Hipertenziya (yüksək qan təzyiqi)
•  Psixiki xəstəliklər
•  Onkoloji xəstəliklər
•  Şəkərli diabet
•  Autoimmun xəstəliklər
•  İrsi xəstəliklər
•  Keçirdiyiniz cərrahi müdaxilələr

Siz həkiminizə keçirdiyiniz infeksion xəstəliklər barədə də məlumat verməlisiniz.

Məxmərək, HİV, hepatit B, sifilis aşkar etmək məqsədi ilə müayinələrin aparılması vacibdir!

 

Hamiləliyin tarixçəsi

•  Əvvəlki hamiləliklərin sayı və fəsadları
•  Özbaşına düşük, gec düşüklər
•  Hamiləliyin ağırlaşmaları (qıcolma,qanaxma)
•  Doğuş zamanı və doğuşdan sonrakı dövrdə qanaxma
•  Ölüdoğulma və ya yenidoğulmuşun 1-ci sutkada ölümü
•  Uşaqlıq yolunun ağır dərəcəli cırığı
•  Uşaqda anadangəlmə inkişaf qüsurları
•  Doğuş və doğuşdan sonrakı dövrdə psixoz

Təxirə salmadan tibbi yardım göstərilən hallar

•  Uşaqlıq yolundan qanaxma
•  Qıcolma
•  Görmənin pozğunluğu ilə müşayiət olunan baş ağrıları
•  Yüksək hərarət və ya üşütmə
•  Qarın nahiyəsində intensiv ağrı
•  Təngnəfəslik və ya çətinləşmiş tənəffüs
•  Sidik ifrazının azalması
•  Dölün hərəkət aktivliyinin kəskin dəyişməsi
•  Qəflətən meydana çıxan ödemlər, xüsusilə üz və oma nahiyəsində




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir