hamile

Hamilə qalmaq istəyənlərə 7 MƏSLƏHƏT

Baxış sayı: 158

Övlad sahibi olmaq hər qadının arzusudur. Xüsusən də yeni ailə quran xanımlar daha tez hamilə qalmaq istəyir. “Gencaile.az” Aile.lent.az-a istinadən hamilə qalmaq istəyənlərə 7 məsləhət təqdim edir.

Çox sevişin

“Bunu nənəm də bilir” deyib keçməyin. Nə qədər çox sevişsəniz, hamilə qalmaq şansınız bir o qədər artar. Sperma vagina içində təxminən 5 gün canlı qala bilir. Sekslə hər gün də olmasa, gün aşırı məşğul olsanız, hamilə qala bilərsiniz. Hamilə qalmaq istəyənlər xüsusilə ovulyasiya günlərini müəyyənləşdirməlidirlər.

Kafeini azaldın

Araşdırmalar kafeinin hamilə qalma ehtimalını yarı-yarıya endirdiyini göstərir. Yarım fincandan çox, o da kafeinsiz olmaq şərtilə kofe içməyin.

Partnyorunuzu “isti”dən uzaqlaşdırın

Kişinin yumurtalıqları ətrafındakı istilik spermalar üçün problem yaradır. Buna görə partnyorunuzdan dar olmayan, pambıq alt paltarları geyinməyi xahiş edin. Təkcə alt paltarları deyil, şalvarlarının da dar olmamasına diqqət göstərin.

Pəhriz saxlamayın

Ohio Universitetinin araşdırmasına görə, qadınlar kalori itirdikcə reproduktiv hormonların səviyyəsi də aşağı düşür.

Vitaminlər mütləqdir

Əsasən sink, selenium, E və C vitaminləri vacibdir. Məsələn, sink və E vitamini hüceyrə yenilənməsinə kömək edir. Partnyorunuzun sperması nə qədər güclü olsa, sizin yumurtalarınızın buna müqavimət göstərməyi o qədər aşağı olacaq. Selenium  testosteron və sperma sayının artmasına kömək edir. C vitamini isə spermanın keyfiyyətini artıraraq hamilə qalmanızı tezləşdirəcək.

İçki və siqareti atın

İçki və siqaret həm qadın, həm də kişilərdə reproduktiv orqanlara birbaşa təsir edir. Xüsusilə siqaret kişilərdə sperma sayını aşağı salır. Həddən artıq spirtli içki də spermanın formasını pozur.

Müayinə olunun

Müayinə hər iki tərəf üçün mütləqdir. Hər ehtimala qarşı həkimə gedin, bəlkə hansısa xırda bir problemə görə istəyiniz baş tutmur? Əgər ağrıkəsici və ya digər dərmanlardan istifadə edirsinizsə, həkiminizlə məsləhətləşin. Bəzən ağrıkəsicilər də hamilə qalmağa mane ola bilir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir