hamilelik

Hamiləlik haqqında bilmədiyiniz heyrətamiz məlumatlar

Baxış sayı: 3. 960
“The İndependent” qadın və kişi fertilliyi, ana bətnində uşaq barədə maraqlı faktlarla zəngin məqalə dərc edib. Məsələn, məqalədə deyilir ki, kişilər bir cinsi akt zamanı 100 milyon sperm buraxırlar. Lakin bunlardan yalnız bir neçə yüzü qadının yumurtasına çata bilir. Yumurtanın üst səthindəki xüsusi reseptorlar isə bunlardan da yalnız birini içəri buraxır. 1836-cı ildən bəri həkimlər qadın hamiləliyinin başlanğıcı olaraq onun son menstruasiyasını götürürlər. Beləliklə, uşağın yaşı sperm yumurtaya daxil olandan hesablanmır. Ovulyasiya, yəni yumurtaların yetkinləşməsi adətən menstruasiyadan iki həftə sonra baş verir. Mayalanma isə 24 saat ərzində yer alır. Bu isə o deməkdir ki, hamiləliyin müddəti səkkiz həftədirsə, bətndəki uşağın yaşı bundan 15 gün azdır.
Həkimlər dölün yaşını ona görə belə hesablayırlar ki, mayalanma anını dəqiq müəyyən etmək mümkün olmur, lakin menstruasiyanın vaxtı tamamilə bəlli olur.
Hamiləlik üçün 9 ay təxmini hesablanmış vaxtdır. Məhz buna görə də bu məsələdə bəzi anlaşılmazlıqlar və yanılmalar var. Birincisi bu məqsəd deyil. Sağlam hamiləlik 5 həftə də ola bilər, 40 həftə də. Əslində qadınların yalnız 4 faizi 40 həftənin tamamında azad olur. Əslində hamiləlik son menstruasiyadan yox, son ovulyasiyadan hesablanır ki, bu da təxminən 8 ay 24 gündür. Yəni tam 9 ay deyil.
Ana bətnində uşağın ürəyi 6 həftəliyində döyünməyə başlayır.
Səkkiz həftədə uşağın ürəyi dəqiqədə 160 dəfə vurur. Uşaqlar ana bətnində səsləri eşidə bilirlər və ümumiyyətlə uşaqlıq çox hay-küylü yerdir. Əksər səsləri tutan qulaqlar uşağın 16 həftəliyində formalaşır. Bundan sonra uşaq anasının ürək döyüntüsünü, yeməsini, nəfəsini, gəzməsini, söhbətlərini və qarın qurultularını eşidir. Məhz buna görə də uşaqlar hay-küylü yerlərdə daha sakit olurlar. Bu həm də o deməkdir ki, uca səslər dölün eşitmə orqanını zədələyə bilər. Buna görə də hamilə qadınlara atəş açılan yerlərdə olmaq, səsi yüksək musiqiyə qulaq asmaq məsləhət görülmür.
Eşaqlar ana bətnində təxminən 16 həftədən sonra işığı görə bilirlər. Lakin onların gözləri 26-28 həftədən sonra tam açılır. İlk vaxtlar onların görməsi bulanıq olur, lakin çox günəşli havalarda onlar ananın dərisindən sızan işığı görür və buna tərpənməklə reaksiya verirlər.
Bir çox hamilə qadınlarda kənar şəxslərə, əşyalara, qoxulara qarşı ürəkbulanması olur.
Alimlərin fikrincə, bu bəlkə də yaxşıdır, çünki ana qeyri-ixtiyari bətnindəki balanı ətraf təsirlərdən qorumuş olur. Ana bətnindəki uşaq amniotik kisənin içərisində 25 həftə öz sidiyində üzür. Uşaqlar sidik ifrazına 13-16 həftəliyində başlayırlar. Lakin uşaqların əksəriyyəti nəcislərini doğuşa qədər saxlayırlar.
Ana bətnindəki uşağlın dadbilmə qabiliyyəti 11 həftəliyindən formalaşır. 28-29-cu həftələrdə uşağın dadlar və iylər barədə məlumatı olur.
Bir çox alimlər inanırlar ki, məhz buna görə də ananın yedikləri uşağın gələcək qidalanma preferensiyalarında böyük rol oynayır. Bu isə o deməkdir ki, uşaq da anasının xoşladığı yeməkləri xoşlayır.
Bir də çoxlarının bildiyi bir xüsusiyyət var: Uşaq gülməyi və ağlamağı hələ ana bətnində öyrənir.



1 şərh “Hamiləlik haqqında bilmədiyiniz heyrətamiz məlumatlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir