hamile

Hamiləlik zamanı qidalanma necə olmalıdır?

Baxış sayı: 1. 553

Hamiləlik, ana olmaq, dünyaya özündən bir canlı gətirmək qədər xoş bir hiss yoxdur. Eyni zamanda da xüsusi, bir o qədər də məsuliyyətli dönəmdir. Körpənin böyüməsi, sağlam olması, ruhən və fiziki olaraq yaxşı inkişaf etməsi ananın sağlamlığı və düzgün qidalanmasından aslıdır. Çünki ana bətnində uşaq ananın qidalandıqlarından özünə lazım olanları seçir və onlarla qidalanaraq böyüyür. “Gencaile.az “Foxy.az-a istinadən gənc analara və ana namizədlərinə hamiləlikdə necə qidalanmalı və nələrə diqqət etmək haqqında yazır.

Hamiləlikdə düzgün qidalanmamaq nəyə səbəb olar?

Hamilə ana zəif qidalanmağa başlasa uşaq ana bətnində ananın orqanizmindəki qidalandırırcı maddələrlə qidalanmağa başlayar. Bu da, uşaq ilə yanaşı ananın özünün də sağlamlığını təhlükə altında qoyar. Nəticədə uşaq ölü doğula, fiziki və ya ruhi problemləri ola bilər, erkən doğum da qaçılmaz haldır. Ana da isə qansızlıq, ayaqlarda şiş, sümüklərdə zəiflik yaranır. Ananın düzgün qidalanması doğuşdan sonra körpəyə lazımi miqdarda süd verməsi üçün məcburidir.

Hamiləliyin tələb etdiyi enerji və qida elementləri:

Ət, yumurta, lobyakimilər:

Bu qidalar beyin, əzələ, sümük və dişlərin inkişafı, eyni zamanda da qanın artması üçün faydalıdır. Orqanizmin zülal və dəmir ehtiyacını ödəyir.

Süd və süd məhsulları:

Sümüklərin, dişlərin və böyüməyin əsas yardımçılarıdır. Zülal və kalsium qaynağıdır.

Tərəvəz və meyvələr:

Böyümə və inkişaf üçün orqanizmi vitaminlər və minerallarla zənginləşdirər.

Dənli bitkilər:

Kalori və B qrupu vitaminləri özündə birləşdirdiyi üçün böyümə və inkişafa yaxşı təsir edir.

Enerji verən yağ və şəkərlər:

Orqanizmdə enerji çatışmazlığını bərpa edir. Bu qidalandırıcı maddələri normal həyatımızda olduğu kimi hamiləlik dövründə də davamlı qəbul etməliyik.

Kalsium 

Kalsium körpə ana bətnində 8 həftəlik olarkən yaranmağa başlayan sümük və dişlərin inkişafında mühüm rol oynayan mineraldır. Buna görə də hamiləlik vaxtı ana namizədləri bol-bol süd, pendir, qatıq və yaşıl tərəvəzlər qəbul etməlidir.

C vitamini

C vitamini orqanizmi xəstəlik, mikroblardan qoruyaraq imuniteti gücləndirir. C vitamini üçün portağal, limon, feyxoa, qırmızı və yaşıl bibər, gül kələmi, pomidor, çiyələk, kahı, kələm və qreyrut qəbul etmək lazımdır.

Folik Asid isə körpənin mərkəzi sinir sisteminin inkişafı üçün bu maddə çox vacibdir. Daha çox yerfındığı, fındıq, gül kələmi, kəpəkli çörək yeməlisiniz.

Lifli qidalar

Bu tip qidalar hamiləlikdə tez-tez rast gəlinən qəbizlik və bağırsaqlardakı problemləri aradan qaldırır. Bulantı olduğu zaman da bu qidalar köməyə gəlir. Lifli qidalar qrupuna daha çox qaysı, kəpəkli çörək, quru üçüm, lobya, qəhvəyi düyü aiddir.

Hamilə analar üçün 2000 kalorilik meyu

Səhər: 1 stəkan süd, 1 yumurta, 1 dilim pendir, 1 dilim çörək, 1 pomidor, 1 xiyar, cəfəri, yaşıl bibər

Ara naharı: 1 meyvə, 1 stəkan ayran, 1 incə dilim çörək

Günorta naharı: 1 boşqab ətli qurulobyalı yemək, 1 boşqab plov və ya makaron, 1 stəkan ayran, 1 boşqab salat, 1 orta dilim çörək, 1 ədəd meyvə

Axşam: 1 boşqab ət – mal əti, balıq və ya toyuq (tərəvəzli), 1 boşqab zeytun yağlı tərəvəzli yemək, 1 stəkan ayran, 1 boşqab salat , 1 orta dilim çörək

Gecə: 1 su stəkan süd və ya 1 boşqab südlü şiriniyyat, 1 boşqab meyvə

Qeyd edək ki, səhər və ya ara naharında 5 zeytun, 1 çay qaşığı bal, doşab qəbul edilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir