hamilelik bandaj

Hamilə xanımınızın bədəninə lağ etməyin, yoxsa… – Kişilər oxusun!

Baxış sayı: 1. 416

Hamilə xanımınızın bədəni ilə qətiyyən zarafat etməyin, kişilər. Hamiləlik zamanı xanımlar hormonal dəyişiklər, stress və fiziki dəyişiklərdən dolayı fərqli bir psixologiya yaşayır. Hamilələrin 9 ay 10 günlük müddətdə çox ağladığını, həssaslığını, incik olmalarını vurğulayan mütəxəssislər kişilərə bu barədə xəbərdarlıq edib.

Cütlüklər niyə uşaq istəyir?

Hər cütlük özünə aid səbəblərdən dolayı uşaq sahibi olurlar. Çoxları xəyallarını gerçəkləşdirmək, ailəsini tamamlamaq, başqasını məmnun etmək üçün, ya da fərqi səbəblərdən dolayı uşaq dünyaya gətirirlər. Bu səbəblərin hamiləlik, doğuş, ana-körpə münasibətləri üzərində çox mühüm təsirləri var.

Hamiləlik hansı səbəbdən dolayı yaşanır-yaşansın bütün hamilə qadınlar narahatlıqlar yaşayırlar – “Hamiləlik necə olacaq? Necə ana olacam? Doğuş necə keçəcək?”.

Hamilə qadın özünü necə bir təcrübə gözlədiyini bilmədiyi üçün həyəcanlı, həssas, qayğılı bir dövr yaşayır.

Ani ağlama böhranları, çox həssaslıq, münasibətlərdə ahəngdarlığın pozulması, psixoloji səbəblərdən dolayı fərqli duyğu halları yaşanır. Bəzən üzgün, bəzən narahat, bəzən çox incik olurlar.

Davam edən bu psixoloji dəyişiklərin ana bətnindəki körpəyə də keçdiyini vurğulayan mütəxəssislər xüsusən hamiləliyin ilk dövrlərinin mühüm olduğunu qeyd edir.

Hamiləliyin 8-ci həftəsindən etibarən uşaqda hafizə və toxunma hissi yaranır. Ana stress keçirəndə, üzgün olanda kartizon hormonu ifraz olunur, bu da plasenta vasitəsilə körpəyə keçir. Buna görə hamiləlik boyunca kədər yaradacaq hər şeydən uzaq qaçmaq lazımdır.

Ana və körpənin qarşılıqlı təsiri hamiləliyin 8-ci həftəsində başlayıb doğuşa qədər davam edir. İlk 3 ay ərzində yaşanan bu duyğularla yanaşı, qorxu, narahatlıq, sağlıq problemləri, bulantı, iştahasızlıq, yorğunluq, yuxu pozuntularının yaşanması da normaldır.

Hamiləlikdə depressiya zamanı qadın iştahasızlıq, həvəssizlik, üzüntü, qərarsızlıq, ciddi diqqət dağınıqları, ağlama halı, inciklik, istəksizlik, yorğunluq, ümidsizlik, çox əsəbilik yaşanır.

Depressiya erkən doğuşa yol açır

Hamiləlik zamanı qadına xüsusi diqqət göstərilməsinin vacibliyini vurğulayan mütəxəssislər ən böyük işin kişilərin üzərinə düşdüyünü qeyd edib.

Kişilər bu sıxıntılı anda xanımının yanında olduğunu, körpəni həyəcanla gözlədiklərini və çox istədiklərini deməlidir.

Hamiləlik zamanı kökəlmək normal bir hal olsa da, bu, bir çox  xanımları sıxıntıya soxur. Artıq bəyənilmədiyini və əvvəlki vəziyyətinə qayıda bilməyəcəyini düşünən qadın hormonların da yol açdığı çox həssaslıq ucbatından mühüm psixoloji sıxıntılar yaşayır.

Analara hamiləlik zamanı dəstək göstərilməli, fiziki görünüşləri ilə bağlı zarafat edilməməlidir.

Yaşadıqlarını boş saymaq, duyğu və düşüncələrinə gülmək düzgün deyil.

Lent.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir