reqs

Hamilə xanımlar, oriental rəqs edin – FAYDALARI

Baxış sayı: 1. 977

Dövrümüzün anaları sağlam hamiləlik üçün bir çox yola əl atırlar. Bununla bağlı kitablar oxuyur, idman edirlər. Son zamanlarda isə bu siyahıya bir rəqs də əlavə olunub – hər birimizin bildiyi oriental rəqs.

Bu əyləncəyə hamiləliyin 4 ayını tamamlayan və sağlamlıq baxımından heç bir riski olmayan hamilələr qatılır. Hamiləliyin son müddətindəki ağrıları azaltmaq, bədən duruşunu düzəltmək və doğuşu rahatlatmaq üçün qadınlar hər gün 2 saatlıq idman proqramı ərzində göbək rəqsi də edirlər.

Hamiləlik zamanı qarın önə doğru irəlilədiyindən bel çuxuru dərinləşir. Bu halda qadınlar idmanla məşğul olub əzələlərini gücləndirməli və duruşlarını düzəltməlidir. Qarın və pelvis damar əzələlərini gücləndirən hərəkətlərin sırasına qarın yellətmək də daxildir. Qarından nəfəs alaraq sərbəst buraxılır. Əllərin yardımı ilə qarın əzələləri içəri doğru çəkilərək yuvarlanır. Yəni səkkizə bənzəyən hərəkətlərlə ombanı sağa-sola hərəkət etdirmək lazımdır. Bunun üçün də ən rahat yol oriental rəqs etməkdir. Oriental rəqs hamilə qadının bədən elastikliyini artırır, həm də uşaq içəridə əyləncə ilə yellənir.

Orientalın bir digər üstünlüyü isə rəqs edərkən qadınların özlərini seksual hiss etməsidir. Bununla qadının özünə güvəni artır.

lent.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir