Hamilələr, diqqət: bitki çayı erkən doğuşa səbəb ola bilər!

Baxış sayı: 2. 903

Hamiləlik zamanı qidalardan anaya və körpəyə verə biləcəyi zərərlər baxımından diqqətli istifadə edilməlidir. Mütəxəssislər xüsusən qış aylarında daha çox içilən bitki çaylarının erkən doğuş və düşüyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Təbii olduğu üçün daha çox içilən bu bitki çaylarının tərkibində sağlamlığa zərərli ola biləcək bəzi maddələr də var.

İmmunitet sistemini gücləndirən, xəstəliklərə qarşı qoruyan bitki çayları sırasında zəncəfil, cökə kimi çayların içərisinə şəkər yerinə bal əlavə edilməsi məsləhətdir, çünki bal çayın antioksidan keyfiyyətini daha çox artırır və çay daha faydalı hala gəlir.

Nanə, cökə, adaçaylarının təsiri daha qüvvətlidir. Ancaq daha qüvvətli təsirə malik bu çaylar bəzi xəstəliyi olan insanlara zərər verə bilər. Qışda çox içilən adaçayı tənəffüs yolu xəstəliklərinə faydalı olub bronxları yumşaldır, amma təzyiq xəstələri üçün təhlükəli ola bilər. Bir fincandan çox içilsə, təzyiqi yüksəldər, ürək döyüntüsünü artırar. Yaşıl çay da çox içilsə, nəbzi artırar və ürək döyüntüsü yaradar.

Təzyiq, qaraciyər və böyrək xəstələrinə bu çayı çox içməmək məsləhət görülür.

Hamiləlik zamanı isə çox içilən bitki çayı doğuş ağrılarını artıra bilər, düşük, yaxud erkən doğuşa səbəb ola bilər. Gündə 3 fincandan çox içilməməsi tövsiyə edilir.

Ürək problemi olanlarda isə bir fincan belə içilməsi zərərli ola bilər. Bundan başqa bu bitki çaylarının çoxunun tərkibində kafein vardır və bu, insanın sidiyə çox getməsinə, maye itirməsinə səbəb olur. Bu da ürək xəstələri üçün təhlükəlidir. İnternetdən, kitabdan oxuyub nəyisə içməyin, mütləq həkimlə məsləhətləşin.

Bitki çaylarını uzun müddət dəmləmək düzgün deyil. Bu çaylar qaynamış və uzun müddət saxlanmış suyun içinə atılmalı və 3-5 dəqiqədən çox suyun içində saxlanmamalıdır. Dərhal süzüb içmək lazımdır. Dəmləyib gün ərzində bir neçə dəfə içməyin. O zaman çayın içindəki zərərli maddələrin miqdarını artar.

Dəyişik otları qarışdırıb dəmləmək də zərərlidir. Çünki qarışdırdığınızda bu çayların tərkibindəki kimyəvi birləşmələr ola bilər. Buna görə ot dəmləyərkən tək dəmləyin, digər otlarla qarışdırmayın. Həm də içinə limon suyu sıxmaq da tövsiyə edilmir. Açıq satılan çaylar yerinə paketlənmiş çay alın.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir