22cfe7cfeb

Hamiləlik üçün hansı yaşlar münasibdir?

Baxış sayı: 1. 864

Uşaqsalma halları ən çox hamiləliyin ilk 3 ayında genetik səbəblərdən yaranır. Bununla yanaşı qadının hormonal problemi, yaşadığı çevrə, ailə mühiti, xəstəlikləri və qohum evlilikləri də uşaq düşməsinə səbəb ola bilər. İlk 3 ay problemsiz sonlanarsa, 3 aydan sonra uşaq düşməsi halları azalır. Eyni zamanda əgər qadın hansısa bir infeksiyanı daşıyırsa, bu, ilk hamiləliyə ziyan olmasa da, növbəti hamiləliklərdə problem yaradacaqdır.

Ananın ətrafdakılar tərəfindən təzyiqə məruz qalması, qəbul etdiyi dərmanlar, xroniki xəstəlikləri, siqaret, spirtli içki, ya da narkotik maddə istifadə etməsi uşaq düşümündə önəmli təsirə malikdir. Qohum evlilikləri genetik problemləri inkişaf etdirərək uşaq düşümünə səbəb olur.

Evdə baş tutan doğuş böyük təhlükədir

Çünki gigiyenik baxımdan təmizliyə riayət edilməsi və doğuş zamanı temperatur dəyişiliklərinə nəzarət etmək lazımdır. Evdə bunlara önəm verilmir. Ona görə də evdə doğuş dəstəklənmir. Evdə baş verən doğuş yaxşı nəticələnsə də, rastlanan hansısa bir problem körpənin, ya da ananın həyatının itməsinə səbəb ola bilər.

Hamiləlik üçün uyğun yaş

Qadının hamiləliyi yaşdan da asılıdır. Əvvəllər 24-29 yaş arasında baş verən doğuşlar daha sağlam olurdu. Hamilə qalmaq istəyən qadın hamiləliyi bu yaşlar arasında planlaşdırmalıdır. Bu, həm ananın, həm də körpənin sağlamlığı baxımından önəmlidir.

Karyera sahibi olan qadınlarla evdar qadınların uşaq dünyaya gətirmə nisbətləri fərqlidir. Kariyera sahibi olan qadınlar ən çox 1, ya 2 uşaq sahibi olmağın tərəfdarıdırlar. Böyük ailələrdə daha çox uşaq istəndiyi də bəllidir.

Ard-arda baş verən hamiləlik qadının sağlamlığına ziyandır. Hamiləliklər arasında ən az 2 il fasilə olmalıdır. 3-4 uşaqdan sonrakı doğuşlar isə qadını bitirmək deməkdir.

/ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir