Hamiləlikdə dəri genəlməsi: qarşısını necə almalı? – Mütəxəssis məsləhəti

Baxış sayı: 1. 329

Genəlmələr dərinin çəhrayı-yasəməni rəngdən ağ-sədəfi rəngə qədər boyana bilən müxtəlif endə deffektləridir. Onların meydana gəlməsi dərinin güclü gərilməsi nəticəsində baş verir. Dərinin səth təbəqəsi (epiteli) elastikliyini itirərək aldakı toxumaların artan həcmlərinə davam gətirmir, nazilir və qırılır. Bədənin dərisinin bütün hissələrində, lakin hər şeydən əvvəl sinədə, ombalarda və qarında genəlmələr yaranır. Dərinin gərilməsinin səbəbi çəkinin və həcmin güclü artmasıdır. Dəri elastik deyilsə, onda toxumaların dağılması baş verir. Mahiyyətcə, onlar patologiya hesab olunmur, lakin 75-95% heç bir tədbir görməyən zahıların estetik narahatçılıqlarının səbəbi olur.

Genəlmələrin meydana gəlməsi

Genəlmələrin meydana gəlməsi endogen estrogenin hasil olmasının nəticəsidir ki, o da kollagen və elastinin funksiyasını zəiflədərək, bununla bu və ya digər nahiyədə genəlməni artıraraq hidroksilləşməni ləngidir. Genəlmələrin meydana gəlməsinin birinci amili dərinin vəziyyətidir (onun quruluğu və ya yağlılığı). İkinci amil stressdir. Belə ki, hamiləlik dövründə bədənin forması sürətlə dəyişir, bu da dərinin “qocalmasına” səbəb olan bir sıra mənəvi əzablara gətirib çıxarır. Qeyd etmək lazımdır ki, təbiətən bəzi qadınların dərisi daha elastikdir, onda daha çox elastik liflər var, digərlərinki az elastikdir, buna görə də genəlmələrin meydana gəlməsinə həm də genetik meyllilik təsir edir.

Genəlmələrin qarşısını necə almalı?

Genəlmələrdən yaxa qurtarmaq asan deyil, buna görə də yaxşısı onların meydana gəlməsinin qarşısını almaqdır. Təkcə dərini nəmləndirmək kifayət deyil, hamiləlik dövründə dərinizin məruz qaldığı gərilməyə qarşı durmaq üçün onun kifayət qədər elastikliyinə nail olmaq lazımdır. Onlarla mübarizənin ən yaxşı üsulu öz-özünə gündəlik kompleks qulluq göstərməkdir: kosmetik vasitələrdən istifadə, su prosedurları, fitnes-mərkəzdə olmaq, qidalanmağa nəzarət.
Dəriyə qulluq etməyə hamiləliyin 3-4-cü ayından başlamaq lazımdır, belə ki, bu, striy əmələ gəlməsi riskini azaldır. Genəlmələrə qarşı vasitələri gündə (duş və ya vannadan sonra) qarına, sinəyə və ombaların yuxarı hissələrinə massajedici hərəkətlərlə çəkirlər. Burada əsası TƏNBƏLLİK ETMƏMƏKDİR! Həm də əgər ananın da genəlmələri olubsa,
kollagen, elastin və gialuron turşusunun hasil olunmasını stimullaşdıran preparatlar mövcuddur. Preparatlarda olmalı olan əsas, tövsiyə edilən komponentlər aşağıdakılardır: Kollagen və elastinlə nəmləndirmə (dərinin elastikliyini yaxşılaşdırır)
• Asiya Sentellası (qan dövranına təsir edir)
• Gialuron turşusu (nəmləndirir)
• Plasent ekstratı (zədələnmiş dərini regenerasiya edir)
• A,B,C,D və E vitaminləri, eləcə də buğda rüşeymləri yağı, jojoba, avokado (dərinin müdafiəsi)
• Amin turşuları (dərinin bərpasını stimullaşdırır)
Yuxarıda göstərilən komponentlər genəlmələrin qarşısını almağa və onların qismən aradan qaldırılmasına xidmət edir. Əgər genəlmələr hər halda meydana gəlmişlərsə, retin turşusu ilə pilinq, lazer cilalanması, elektromiostimulyasiya, mezoteropiya və s. metodlara əl atmaq olar. Belə prosedurları həyata keçirmək üçün döşlə yedizdirməni kəsmək lazımdır.  (supermama.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir