aile

Hansı 10 sualı övladınıza mütləq verməlisiniz?

Baxış sayı: 1. 361

Övladınıza gündəlik ünsiyyətdə bəzi sualları verməklə siz onun fəaliyyəti, hissləri, planları haqında xeyli məlumat əldə etmiş olarsınız. Bu suallar söhbətin axıcılığına və davamlı olmasına dəstək olmalıdır və standart “hə/yox” ilə cavablandırılmamalıdır.

  1. Günün ən yaxşı (yaxud ən pis) hissəsi hansı olub?
  2. Bu gün yeni nə öyrənmisən?
  3. Dərsdə/məşğələdə kiminlə oturmuşdun?
  4. Bu gün kimə kömək etdin?
  5. Bu gün sənə kim kömək edib?
  6. Hansı fənn/dərnək sənə asan / çətin gəldi? Niyə?
  7. Müəllimən səndən razıdırmı? /Sən müəlliməndən razısanmı?
  8. Boş vaxtını necə keçirdin? Səncə bunu faydalı şəkildə necə istifadə edə bilərsən?
  9. Sabaha nə planların var?
  10. Səni nə qədər çox sevdiyimi bilirsən?

Söhbətin daha səmimi alınması üçün öz gününüzdən hadisələri danışmaqla övladınızın fikirlərini canlandırın. Bununla siz həm övladınızı daim nəzarətdə saxlamış olacaqsınız, həm də onun ən etibarlı sirdaşına çevriləcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir