film

Hansı 4 film sizi depressiyadan xilas edə bilər?

Baxış sayı: 1. 709

Ruhunuzu melanxolik bir hissin bürüdüyünü, depressiyaya düşəcəyinizi hiss edirsinizsə o zamanyaxşı və gülməli filmlərin axtarışına çıxın. Tapdınızsa o filmi “play” düyməsinə basın və izləyin. Yox əgər belə bir film tapmamısınızsa, depressiv halınız irəliləyirsə biz sizə kömək edəcəyik. Depressiyadan sizi xilas edəcək 4 film təqdim edirik.

Düşünməyi dayandırın – “Cəngavər və gün”

Depressiv halda olanda həmişəkindən daha çox düşünürsünüz. Amma bunu etməməlisiniz. Bir neçə saatlıq düşünməyi dayandırın. Tom Cruise ve Cameron Diaz-ın rol aldığı təqdim etdiyimiz bu əyləncəli filmə baxın. Çünki bu film düşünmək üçün nəsə tələb etmir. Sadəcə gülməyi, əylənməyi tələb edir.

Reallığı dəyişin – “Ruhların qaçışı”

Beyninizi bağlayın və hazır olun! Çünki reallıqla sizin heç bir işiniz olmamalıdır, özünüzü pis hiss edirsiniz və indi depressiv əhvaldasınız. 1 saat 30 dəqiqəlik  özünüzü başqa dünyaya qonaq aparın. Hayao Miyazaki Sensei bunu necə edəcəyinizi bilir. Onun filmlərinin hamısında başqa aləm var. Amma “Ruhların qaçışı” xüsusi dünyadır. Bu filmi izlədikdən sonra depressiyadan azad olacaqsınız.

Qorxun! – “Zəng”

“Zəng” filminə baxdığınız zaman adrenalin fırtınası sizi silkələyəcək və siz depressiya haqqında düşünməyi belə unudacaqsınız. Buradakı balaca ölü qız sizi qorxudacaq amma sonra yaxşı olacaqsınız.

Hisləri daxil edin – “Yalnız sevənlər həyatda qalır”

“Yalnız sevənlər həyatda qalır” filmi çox yavaş və uzun çəkən səhnələri olan filmdir. Amma oradakı musiqi və kadrları siz nəinki görə və eşidə, hətta özünüzü hadisələrin içində hiss edə bilərsiniz. Ona görə də, bu filmi melanxolik hislərin hakim kəsildiyi zamanlarınızda izləsəniz kömək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir