ayaqqabi

Hansı ayaqqabılar xəstəlik yaradır?

Baxış sayı: 137
Dar, hündürdaban və ucu miz ayaqqabı geyinmək “Halluks Valgus” xəstəliyinə səbəb olur. “Gencaile.az” xəbər verir ki, baş barmağın bayıra doğru əyilməsi ilə müşahidə olunan “Halluks Valgus” xəstəliyi xalq arasında ayaq barmaq çıxıntısı və ya bunyon kimi tanınır.
Xəstəlik ayaq barmağın kənarında ağrı, qızartı yaranması ilə başlayır. Daha sonra xəstələr ayaqqabı geyinməkdə çətinlik çəkir. Getdikcə barmağın  hərəkət qabiliyyəti zəifləyir.
Bu halla qarşılaşmamaq üçün ayaqqabı alarkən təkcə formasına yox, həm də ölçülərinə diqqət yetirməyiniz tövsiyə olunur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir