sac

Hansı bürcə hansı saç düzümü yaraşır? – QADINLAR OXUSUN!

Baxış sayı: 1. 579

Bürclərin hər birinin özünə xas olan xarakterik xüsusiyyəti var. Bu xüsusiyyətlər bürclərin saç düzümü seçiminə də təsir göstərir.

“Gencaile.az”  bu yazıda oxucuları qadın bürclərə ən çox yaraşan saç düzümləri ilə tanış edir.

 

Qoç

Qoçaq, cəsur və ağıllısınız. Hisslərinizi gizlətmir, məhdudiyyətlərə dözə bilmirsiniz. Bu səbəbdən, həmişə rahat saç modelləri seçirsiniz. Rahat, qısa saç kəsimi sizin üçün çox uyğundur. Uzun saçlı qadın Qoçlar isə saçlarını mütləq arxaya doğru darayır və at quyruğu formasında toplayır. Saçınızın səliqəli olması üçün kremdən istifadə edin.

 

Buğa

İnadkar, etibarlı və səbirlisiniz. Gözəlliyinizə, cazibənizə və zərifliyinizə baxmayaraq, güclü qadınsınız. Bu səbəbdən, çox qabardılmış saç modellərini özünüzə əsla yaraşdırmırsınız. Təbii görünüşlü saçlar daha çox xoşunuza gəlir.

 

Əkizlər

Hər kəslə çox tez ünsiyyət qurursunuz. Həddindən artıq planlı yaşamadığınız üçün ciddi saç modellərindən xoşunuz gəlmir. Təbii halına buraxılmış saçlar sizə daha uyğundur.

 

Xərçəng bürcü

Son dərəcə emosional və idealist bir xarakterə sahibsiniz. Həmçinin məsafəli insan olduğunuz üçün hər kəsin sizə asanlıqla yaxınlaşmasına icazə vermirsiniz. Bu bürcün xanımları saç düzümünü getdiyi məkandan asılı olaraq dəyişir.

 

Şir bürcü

Hər kəsin sevimlisi olan Şir bürcləri həyatı doya-doya yaşayır. Şir çılğınlığı bu bürcün qadınlarının saç düzümdə də özünü göstərir. Belə ki, onlara kübar yox, daha çox dağınıq modellər yaraşır. Odur ki, dəbdəbəli saçlardan və cəsarət tələb edən ən son dəblə ayaqlaşmaqdan qorxmayın.

 

Qız bürcü

Dəqiq insansınız. Sizə hətta maksimalist də demək olar. Dağınıqlığa heç bir halda dözə bilmirsiniz. Bu bürcün nümayəndələrinin birinci şərti saçların hər zaman səliqəli və təmiz olmasıdır. Saçlarınıza səliqəli görünüş vermək üçün saç lakından istifadə edin.

 

Tərəzi bürcü

Cazibədar və hazırcavab olmaq bu bürcə xas olan xüsusiyyətlərdən biridir. Bundan başqa, hər məsələdə harmoniya və estetika axtarırsınız. Eynilə Şir bürcləri kimi Tərəzilər də dəbdəbəni çox xoşlayır.

 

Əqrəb bürcü

Bürclər arasında Əqrəb qadını qədər nə istədiyini bilən və hədəfini düzgün müəyyənləşdirən bürc yoxdur. Kənardan sakit və soyuq görünürlər. Əqrəb bürcləri saçlarının hər zaman baxımlı olmasına xüsusi diqqət edir. Lakin onlar saçlardan daha çox, saç aksessuarlarına böyük maraq göstərir.

 

Oxatan bürcü

Oxatan bürcləri heç kimdən asılı olmaq istəmir. Ani qərarlar verən Oxatan bürcləri macəranı sevir. Onlar jele, sprey kimi vasitələri çox xoşlamadığı üçün sadə saç düzümlərinə üstünlük verir.

 

Oğlaq bürcü

Yumor hissi çox güclüdür və mühitə tez uyğunlaşırlar. Hər mövzuda olduğu kimi saç məsələsində də diqqətlidirlər. Buna görə də çantalarında hər zaman daraq gəzdirirlər. Evdən çıxmazdan əvvəl saçının dağılmaması üçün saç spreyi istifadə edirlər.

 

Dolça bürcü

Ətrafınızda baş verən hər hadisəyə çox tez reaksiya verirsiniz. Daim yeni ideyalar axtarışındasınız. Lakin mürəkkəb saç modelləri sizə uyğun deyil. Ancaq təbii parıltını itirməmək üçün saçlara xüsusi qulluq göstərirsiniz. Saç tipinə uyğun vasitələrdən istifadə edin.

 

Balıq bürcü

Romantik, həssas, eyni zamanda çox iradəli insansınız. Saçlarınız da sizin kimi həssas olduğundan boya və digər kimyəvi maddələrdən az istifadə etməyə çalışın. Daha çox bitki mənşəli məhsullar istifadə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir