burcler

Hansı bürclərin sevgi münasibətləri başlamadan bitməyə məhkumdur?

Baxış sayı: 106

Qismətin kimi qarşımıza çıxaracağı və kimə aşiq olacağımızı deyə bilmərik. Ancaq bəzi bürclərin sevgi münasibətləri başlamadan bitməyə məhkumdur. “Gencaile.az” Aile.lent.az-a istinadən sizi əsla birlikdə ola bilməyən və yola getməyən bürclərlə  tanış edir.

Qoç-Buğa

Dikbaş qoçlar və inadçı öküzlərin uyğunlaşmasından bəhs etmək olmaz. Aralarındakı hər hansı bir müzakirə bir anda alovlana bilər. Ayrılıqları isə olduqca problemlidir.

Qız-Tərəzi

Tərəzilər qızları özündənrazı və çox ciddi hesab edirlər. Qızlar isə tərəziləri uşaq kimi və əsəblərə toxunacaq dərəcədə qayğısız kimi tanıyırlar. Bu vəziyyətdə təəssüf ki, əks qütblərin bir-birlərini cəlb etməsi mövzu deyil. Bununla yanaşı tərəzilərin kiçik və qapalı dost əhatəsi olduğu halda, qızlar tam mənasıyla ictimai insanlardır.

Xərçəng-Dolça

Dolçalar özlərini sevindirməyi və pul xərcləməyi çox xoşlayırlar. Yeni işə başlamaq və yenilənmək dolçalar üçün problem deyil. Azad ruhlu dolçaların bu vəziyyəti axışına buraxmayanlar üçün olduqca narahatlıq yaradır. Xərçənglər də axışına buraxmayanlar arasında ilk sırada yer tutur.  Dolçaların bu davamlılığı xərçənglərin əsəblərinə toxunur.

Tərəzi-Balıq

Bu ikisi qərarsızdır. Onların hər hansı bir şeyə qərar verməsi bir ömür sürə bilər. Gah irəli, gah geri addımları münasibətlərini daha stressli hala gətirir. Tərəzilər də, balıqlar da anlaşılmazlıqlardan nifrət edirlər. Buna görə də aralarında passiv aqressiv mübarizələr və ünsiyyət problemi qaçılmazdır. Passiv təbiətləri bir-birlərindən qaçmalarına səbəb ola bilər.

Oxatan-Oğlaq

Oxatanlar oğlaqların özlərini əylənməkdən məhrum etdiklərini düşünürlər. Ciddi və məsuliyyət sahibi olan oğlaqlar ilə heç nəyə əhəmiyyət verməyən oxatanların bərabərliyi ana-uşaq münasibətlərinə çevrilə bilər.

Əqrəb-Qoç

İki azad bürcün bərabərliyi qulağa xoş gəlir. Seksual iki bürcün bir-birinin sahələrinə müdaxilə etməmələri əvvəl-əvvəl xoşlarına gələ bilər. Təəssüf ki, münasibətlər mövzusunda bu, çox uzun müddət davam etmir. Eyni zamanda, qısqanc olan əqrəblər müəyyən vaxtdan sonra reaksiya verməyə başlayacaq. Bu səbəbdən də ikili arasında güvən problemləri və ünsiyyət qırılmaları özünü göstərəcək.

Balıq-Qız

Balıq bürcündən olanlar romantik strukturları və başlarının daim “göylərdə” olması ilə tanınır. Buna qarşı qızlar ayaqlarını yerə basan və məntiq simvoludurlar. Qızların hər şeyin nizamlı və mütəşəkkil olmasından xoşları gəldiyi halda, balıqlar bu mövzuda daha rahatdırlar.

Tərəzi-Oğlaq

Olduqca səxavətli olan tərəzi bürcü insanları xoşbəxt etməkdən xoşlanır. Dik başlı oğlaqlar isə zamanla bir az çox iarəli odla bilərlər. Oğlaqlar tərəzilərin yaxşı niyyətindən faydalanaraq mənfəətçi davrana bilərlər. Bununla yanaşı tərəzilər məsafəli oğlaqlara heç bir zaman tamamilə çata bilmirlər.

Buğa-Şir

Şirlər geniş dost əhatəsində olmağı sevir. Ev həvəskarı buğalar isə bir neçə yaxın dostu ilə vaxt keçirməyi xoşlayır. Orta yolu tapmaları çox mümkün olmayan şir və buğalar – ikisi də çox qürurlu olduqları üçün bir-birilərindən üzr də istəmirlər.

Əkizlər-Əqrəb

Bu iki bürcün yataqdakı uyğunlaşmaları mükəmməl ola bilər. Ancaq ayrılıqları qaçılmazdır. Mövzu əqrəblərin duyğularına gəldikdə olduqca dürüst və sözü üzə deyəndirlər. Əkizlər bürcü dərin, bitib-tükənməyən söhbətləri sevmirlər. Sahiblənən əqrəblərin qısqanclığını əkizlər əhəmiyyətli hesab etmirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir