ata ogul

Hansı bürcün kişisi yaxşı ata olur?

Baxış sayı: 2. 050

“Gencaile.az” astroloji.az saytına istinadən hansı bürcün yaxşı ata olması ilə bağlı materialı təqdim edir.

QOÇ BÜRCÜ

“Qoç”lar hökümlü xasiyyətləri səbəbindən, müəyyən yaş dövrlərində uşaqlarının həyatına çox müdaxilə edirlər, lakin buna baxmayaraq onlar qayğıkeş və əyləncəli ata ola bilirlər. Uşaqları ilə dost olurlar, gəzib birlikdə vaxt keçirməkdən zövq alırlar. Qısaca desək bir “QOÇ”  əsl ata olmaq üçün əla namizəddir.

BUĞA BÜRCÜ

Buğa bürcü kişiləri, əksər hallarda oğlan övlad sahibi olmaq istəyirlər. Lakin qız övladlarına qarşı da,  çox həssas , qoruyucu və şəvqətli olurlar. “Buğa” lar mülayim, sevgisini paylaşan, səbrli atalardır. Uşaqlarının rahat gələcəyi üçün əlindən gələni əsirgəməzlər. Yalnız maddi fədakarlıqla qalmayıb,  zamanını, sevgisini, diqqətini övladlarına həsr edirlər. Nəzərə alsaq ki, “Buğa”  həmçinin çox intizamlı və ciddi atadır yaxşı olar ki, əsəbləşəndə sakitləşənə kimi gözləməkdə fayda var.

ƏKİZLƏR BÜRCÜ

Ciddi və İntizamlı ata deyildirlər. Uşaqları ilə arası daim yaxşıdır . Təzyiq etməz, övladları ilə dost və sirdaş olamağa üstünlük verirlər. “Əkizlər” öz həyat ritmində, təkrarlanan həyat tərzini sevmədiyindən , uşaqları ilə münasibətlərində də, şən və əylancəlidirlər. Övladlarının hansısa addımlarında razı olmadığı məqamları, bir müddət sonra təqdir edə bilərlər. İkili fikirli olması uşaqlarını narahat edəcək bir xüsusiyyətdir. Cəza tətbiq etməyi sevməyən, məcara sevən , əyləncəli ruha sahib “Əkizlər” uşaqların sevə biləcəyi ata ola bilərlər. Bəzən uşaqlarına verdiyi sözləri xatırlamayacaqdır, buda verdiyi sözü tutmamasına səbəb olacaqdır .

Övladlarının fəaliyyətlərinə maneə yaxud qadağalar qoymazlar. “Əkizlər” kişisi bacardığı qədər sevgisini bildirməlidir, əks halda tipik “Əkizlər”ə xas olan soyuqluq uşaqları özündən uzaqlaşdıra bilər.

XƏRÇƏNG BÜRCÜ

Səbrli və təmkinli olmaları, onlara mükəmməl ata olmağa imkan verir. Uşaqlarının problemləri ilə yaxından maraqlanırlar. “Xərçəng”lər digər bürclərdən fərqli olaraq, yaxınları üçün  daha əzmlə mübarizə nümayiş etdirirlər . Onun üçün ailə məsuliyyətinin sonlanması, sevdikləri üçün heç nə edə bilməməsi tənhalığına və aqressivləşməsinə səbəb ola bilər. Onlar üçün övladlarının artıq böyüdüyünü qəbul etmək çox çətin olur. Xərçəng kişisi uşaqlarına qarşı həssalıq , diqqət nümayiş etdirir və öz uşaqlıq macəralarını tez-tez paylaşmaqdan zövq alır.

ŞİR BÜRCÜ

“Şir”lər böyük ailələri sevmirlər. Əksər halda tək övlad sahibi olmağa üstünlük verirlər. Mülayim , mehriban ata olaraq tanınırlar. Uşaqlarını tərbiyələndirmək üçün bəzən çox qərarlı, təzyiq etmiş ola bilirlər. “Şir”lər  uşaqlarının gözündə,  özünə hörmət qazanmağı bacarır. Bəzən atalarının həmişə özünü haqlı hesab etməsi, təzyiq etməsi uşaqları ilə arasında müəyyən gərginliklər yarada bilər. Əgər bu gərginliyin aradan qalxmasını istəyirlərsə, “Şir”lər qürurlarını bir kənara qoymalıdır.

QIZ BÜRCÜ

“Qız”lar övlad sahibi olmaq üçün elədə həvəsli bürc deyil. Kiçik ailəyə üstünlük verirlər. Övlad sahibi olduqda isə, onlara qarşı çox bağlı olurlar. Məsuliyyətdən boyun qaçırmazlar. İntelektual və mədəni ata kimi tanınan “Qız”lar, uşaqlarının dərsləri ilə təhsil aldığı müddət ərzində yardımcı olurlar. Nizam – intizama önəm verən “Qız” kişisi övladlarını bu qaydada tərbiyələndirməyin tərəfdarıdır. Böyük ehtimalla onların uşaqları kiçik yaşalardan mütailəyə həvəs edəcəkdir. Uşaqlarını ərköyün böyütməyi sevmirlər. Həmçinin bu bürcü sevgisini görsətməkdə də elədə bacarıqlı deyillər. Buna görə cəhdlər sərf etməlidir

TƏRƏZİ BÜRCÜ

“Tərəzi” lər sakit və ədalətli bir ata olaraq bilinir .  Uşaqları atalarının cazibəsinə qapılacaq, mübahisələrə nifrət edəcəklər.  Tərəzi kişisi dörd gözlə övlad sahibi olmağı düşünməz . Amma uşaqları olduqda, onlara hədsiz  düşkün olurlar. Bir şeydə diqqətinizə çatdıraq ki, uşaqlarına olan sevgisi,  həyatyoldaşına olan sevgisinin yerini ala bilməz. “Tərəzi” lər üçün ilk  öncə həyatyoldaşı gəlir.

ƏQRƏB BÜRCÜ

“Əqrəb”lər sərt bir ata olaraq tanınınır , tənbəlliyi bağışlamır. Uşaqları sahib olduqlarının dəyərini bilmək məcburiyyətində olduğunu düşünür. İdarəçi xüsusiyyəti səbəbindən övladları ilə münasibətlərində gərginlik yaşana bilir. Lakin bir “Əqrəb”,  uşaqlarını düşündüyü üçün belə davranır. Onun düşüncəsinə görə uşaqları öz ayaqları üzərində sərbəst dayanmağı bacarmalıdır.  Bəzən əyləncəli, gülməli, şən ola bilir yalnız, əmr etməkdən də əl çəkmir. Əgər uşaqları duyğusal və həssas isə bu zaman , uşaqlarında özünə qapanma yaxud psixoloji problemlər ola bilər.  Ona uşaqlarının vəziyyəti izah edilməli və  uşaqlarına qarşı daha mülayim , incə davranılması məsləhət görülməlidir.

OXATAN BÜRCÜ

“Oxatan”lar oğlan uşaqlarına daha meyilli olurlar. Uşaqları böyüdükdən sonrada rahat anlaşa bilirlər. “Oxatan” kişisi daha çox bir dost olacaqdır. Uşaqları onunla sərbəst olacaq, öz fikirlərini bölüşə biləcək və tək qalmaq istədiklərində onları tək buraxmaycaqdır. Uşaqlarının sirlərini öyrənmək marağında olacaq və bunu araşdıracaqdır.  Uşaqları əsəbləşəndə, bəzi məqamalarda mövzudan yayındıqda , zarafatlar edəcək,  onların könlünü alıb əyləndirəcəkdir.

OĞLAQ BÜRCÜ

O, əsl atadır.  Özünə qarşı hörmət və itaət gözləyəcəkdir, qarşılığında isə  fədakar və dürüst bir ata olacaqdır. Uşaqlarını ərköyün böyütməzlər və lazım olarsa cəzalandıra bilərlər.

Uşaqlarının verilən dərs tapşırıqlarının əməl edilməsinə diqqət edəcək və daim nəzarətdə saxlayacaqdır. Övladlarının fəaliyyətlərinə maneə olmazlar. Hətta “Oğlaq” kişiləri baba olduqdan sonra belə,  özlərini gənc hiss etmələri və gənc düşüncələri sayəsində nəvələri ilə yaxşı ünsiyyətdə ola bilirlər.

Bir “Oğlaq” ata,  uşaqlarına özü kimi güvənmək istər .

SUTÖKƏN BÜRCÜ

İlk öncə əla bir dinləyicidir. Uşaqlarının problemləri, uşaqca və xəyali olsa belə onlarla maraqlanacaq, diqqət edəcəkdir. Atası, bu bürcdən olan uşaqların bəxti gətirib çünki onların riyaziyyatdan dərslərində çətinlik olmayacaq.

BALIQLAR BÜRCÜ

“Balıqlar” – xəyəlpərəst, hekayə və nağıl danışmağı sevən, özündən xəyali qəhrəmanlar fikirləşən, uşaqların sevə biləcəyi bir ata obrazıdır. Həmçinin oyun oynamağıda çox xoşlayır. Sakit və paylaşmağı bilən xüsusiyyətləri sayəsində uşaqları ilə dost olacaqdır.  Anaları cəza verməyi üstün tutduğu halda o, uşaqlarını dinləyib problemlərini həll etməyə çalışacaqdır.

Uşaqları ilə birlikdə gəzintiyə, muzeyə,  mədəniyyət mərkəzlərinə, idmana qısaca əylənə biləcəyi hər yerə aparır.

“Balıqlar“ uşaqları ilə birlikdə vaxt keçirməkdən boyun qaçırmaycaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir