ev

Hansı detallar ev dekorasiyanızın gözəlliyini pozur?

Baxış sayı: 223

Evinizi xəyallarınıza uyğun şəkildə dizayn etdiniz, amma hələ də nəsə çatmırmış kimi görünürsə, hansı detalların ev dekorasiyanızın gözəlliyini pozduğu haqqında bir daha düşünün. Bu suala cavab tapmaq üçün isə “Gencaile.az”-ın təqdim etdiyi məsləhətlərə əməl edin.

Dağınıqlıq və çirkilik

Gözəl bir məkan yaratmağın başlıca prinsiplərindən biri də səliqəlilik və təmizlikdir. Əgər ortalıqda lazım olandan daha çox əşya var, pəncərələr və səthlər tozludursa, ən gözəl dekor belə ucuz və əhəmiyyətsiz görünə bilər.

Evinizin təmizliyinə diqqət etmək və gündə bir neçə dəqiqənizi ayırıb dağınıqlığı səliqəyə salmaq evinizdə ehtiyacınız olan sakit və təmiz mühiti yaradacaq. Bütün əşyaları göstərməkdənsə, minimal bir tərz seçə bilərsiniz.

Boş divarlar

Sadə məkanların verdiyi təmizlik hissini yəqin ki, bilməyən yoxdur. Amma bomboş divarların evinizdəki canlılığı alıb aparacağına əmin ola bilərsiniz. İntellektual zövqünüzü əks etdirən sənət əsərlərinə divarlarınızda yer verə bilərsiniz.

Divarlara yerləşdirəcəyiniz əsərlərin düzgün çərçivələrə sahib olması, bir-biri ilə uyğunluğu və doğru yerdə yerləşməsi böyük əhəmiyyətə malikdir.

Süni bitkilər

Bütün qanunlara əməl etsəniz də, dekorasiyanızda bir çatışmazlıq hiss edirsiniz? Böyük ehtimalla sizin bitkilərə ehtiyacınız var. Amma bunun üçün onların canlı olmasının vacibliyini də qeyd etməliyik. Süni bitkilər evin gözəlliyini və keyfiyyətini aşağı salması ilə yanaşı, evdə soyuq bir mühit yaradır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir