is

Hansı hallarda işdən çıxmaq şərtdir?

Baxış sayı: 822

Statistika Bürosunun məlumatına görə, orta hesabla bir adam hər 4 il 2 aydan bir iş yerini dəyişdirir. İş yerində xoşagəlməz müxtəlif vəziyyətlər yarana bilər. İşi dəyişdirmək istəməyin kifayət qədər çox səbəbi var, lakin bəzi problemləri yenə də rəhbərliklə müzakirə edə bilərsiniz. Ancaq iş yerini qəti surətdə tərk etməyin bariz əlamətləri var. Hər halda narazılığınız barədə susmaq olmaz.

İş həyatda ən vacib şey olmasa da onun olduqca vacib bir hissəsidir. Bəs konkret hansı hallara yol vermək olmaz?

 

1) Bürokratiya həddini aşır

Təsəvvür edin ki, nahar fasiləsinə çıxarkən və ya istənilən hərəkət edərkən belə qeydlər edirsiniz. Belə bir müəssisədə məzuniyyətə çıxmaq ciddi bir araşdırmadan keçmək kimidir. Günün sonunda bu gün nəyi və nə qədər müddətə etdiyinizə dair dəqiqəlik hesabat vermək də lazım olsa necə? Dəhşətli səslənir, ancaq buna baxmayaraq bir çox şirkətdə, demək olar ki, vəziyyət bu cürdür.

“Forbes” bu tip şirkətləri “yavaş” və karyera yüksəlişi üçün əlverişsiz adlandırır, buna görə razılaşdırmaların və qeydlərin tornadasının ortasında qalmaq üçün heç bir əsas yoxdur. Situasiyanı dəyişdirmək üçün səy göstərilməli və bürokratik əngəllərin sayını minimuma endirmək üçün çalışmaq lazımdır.

 

2) Normal mövzuların həssas müzakirəsi

Əgər maliyyə məsələlərinin müzakirəsi zamanı bunun düzgün olmadığını, nəzakətsizlik etdiyinizi söyləyirlərsə, ehtiyatlı olun. Maliyyə maraqlarınızı qorumağınıza görə sizə utanc hissi aşılamağa çalışırlarsa, bilin ki, karyeranızı burada davam etdirmək mənasızdır.

 

Maaşınızı rəhbərliklə müzakirə etmək və obyektiv səbəblərdən onun artımını istəmək indeksləşdirmə, vəzifə öhdəliklərinin həcminin artırılması və sair kimi obyektiv səbəblərlə əlaqəlidirsə, tamamilə normaldır.

 

3) Cib xərcləri

Bazar münasibətləri iş yerimizin pul qazandığımız yer olmasını nəzərdə tutur. İş yerinə pul xərcləmək üçün gedilmir. Şirkətin təsərrüfat xərclərinə aid olan, lakin rəhbərliyin qarşılamadığı xərcləri öz cibinizdən ödəyirsinizsə, işiniz pisdir.

Biznes-təlimçi və karyera məsləhətçisi Reyçel Ritlop məsləhət görür ki, zəruri dəftərxana ləvazimatları və ya printer üçün kağız olsun, şirkətin ehtiyacları üçün cib xərcliyinizi sərf etməməli və özünüzə layiq iş tapmalısınız.

 

4) Təqsirsiz günahkar

Səhər işə gəlirsən, poçtu açırsan və cümə günü nəyinsə qiymətini hesablamalı olduğunu söyləyən qəzəbli bir məktub görürsən. Lakin həmin tapşırıq cümə günü yox, ümumiyyətlə, verilməyib. Bu kimi hallar rəhbərliyin adekvatlığı barədə düşünməyə əsas verir.

Müdir sizi hələ təyin olunmamış bir işi başa vurmamaqda ittiham etməyə başlayırsa, hətta qəribə və anlaşılmaz məsələləri tapşırırsa, ciddi danışmağın vaxtı çatıb.

 

5) Ruhlarla iş

“Ghosting” yeni termindir, ortağın münasibətdən səssiz şəkildə çəkilməsini ifadə etmək üçün istifadə edilir. Münasibətlərdə bu fenomenin psixoloji ziyanı artıq öyrənilir, lakin hətta iş yerində bir ruh-adamın (rəis və ya işçi) bənzər davranışı şirkətə ciddi zərər vurur.

İstəkləriniz daim rədd edilirsə və birbaşa suallarınıza cavab vermirlərsə, rəhbərliklə ciddi söhbət edin.

 

6) Vəd edilmiş şeyi üç il gözləmək

Vəzifəni qaldırmaq, əmək haqqını artırmaq, iş yerini yaxşılaşdırmaq, təlimə göndərmək və ya daim “sabaha” təxirə salınan hər hansı digər vədlər… Karyera məşqçisi Roy Koen deyir ki, belə liderlər heç vaxt öz öhdəliklərini yerinə yetirmirlər, yəni layiqli mükafat görməyəcəksiniz.

Rəhbərliyin vədləri konkret və dəqiq tarixə nəzərdə tutulubsa, əlavə səylər göstərilməlidir. Məsələn, planı 110% yerinə yetirdiyiniz halda maaş artımı və ya ayın sonunda əlavə bir layihə üçün bonus əldə edə bilərsiniz.

 

7) Dostluq xətrinə qulluq

Bəzən işdəki dostluq adı altında əməyin pulsuz istismarı baş verir. Müdir yaxın dostunuz və ya sadəcə çox yaxşı insandırsa, kiçik bir istəkdən imtina etmək çətin olur: Bir saat artıq qalmaq, işi təcili tamamlamaq və s. Tədricən hər şey sistemə daxil olur və budur: İndi siz pulsuz-parasız iş vaxtından əlavə işləyirsiniz.

İş yerində dostluq əladır, amma iş prosesini dəyişirsə, bunun dostluq sayılıb-sayılmadığını fikirləşin. Bəlkə də, günah sizdədir. “Yox” sözünü deməyi həyatın hər sferasında bacarmaq lazımdır.

Image result for işden ayrılma

 

8) Bizdə belə şey qəbul olunmur

Təkcə bu ifadəni eşitmək sizi daha diqqətli etməlidir. Təkrar istehsalın və ya işə vaxtından tez gəlməyin adət olmaması nadir haldır. Adətən bu cür sözlər danışılmayan şirkət qaydalarını gizləyir: Müdirlə mübahisə etməyin, fikir bildirməyin, müəyyən olunmuş ardıcıl günlərdən çox tətil və ya xəstəlik məzuniyyəti götürməyin…

 

Komandada əmək qanunvericiliyinə və ya sağlam düşüncəyə zidd olan bir sıra yazılmamış qanunlar mövcuddursa, belə bir kollektivdə işləməyi bir daha gözdən keçirin.

 

9) Emosional şantaj

Rəhbər və ya həmkarlarla həddən artıq mehriban münasibətlər “Sən bizi tərk edirsən”, “Sapı özümüzdəndir”, “Necə gedə bilirsən” və s. kimi ifadələrə yol aça bilər. Emosional təzyiqin bu cür üsulları bizi planlarımızdan, hədəflərimizdən və hətta prinsiplərimizdən imtina etməyə məcbur edir.

Forbes ekspertləri dəyərlərindən imtina edə bilən işçilərin az uğur qazandıqlarını söyləyirlər. Özünüzü tam ifadə edə bilməyəcəyiniz bir mühitdə qalmaq həm şəxsiyyətiniz, həm də karyeranız üçün zərərlidir.

 

10) Çətin dövrdən keçirik

Çətin dövr, müvəqqəti çətinliklər və vəziyyəti başa düşmək ilə bağlı bəhanələr bu situasiyada daim qalacağınıza dəlalət edir. “Müvəqqəti” məsuliyyətlər daimi olacaq, maaş artımı gözlənilmir və dəyişikliklər isə sizdən çox uzaqda olacaq. Əlbəttə ki, şirkət gördüyünüz əlavə işə görə əlavə haqq ödəyirsə və işin bitmə tarixi bəllidirsə, narazılığa lüzum yoxdur.

 

11) Biz sizin üçün çalışırıq

Kadrlar şöbəsi haqqı ödənilən xəstəlik məzuniyyətini, əmək məzuniyyətini və ya qısaldılmış tətil günlərini “qara camaata” rəhbərlik tərəfindən hədiyyə olaraq qələmə verirsə, ehtiyatlı olmağa dəyər. İşçi qanuni hüquqlara malikdir və onlara əməl olunması normadır, rəhbərliyin lütfü deyil.

 

12) Daim dəyişən prioritetlər

Təcili tapşırıqlar anidən əhəmiyyətini itirir, iş gününün planı yoxdur, hər saat rəhbərlik əlinizdəki işi atıb başqa bir şey etməyinizi tapşırır. Vəziyyət tanış gəldi? Belə yerdə normal işləmək mümkün deyil, yalnız əbədi stress olacaq.

Səriştəli lider həmişə əməkdaşlar üçün iş planına sahibdir və prioritetləri xüsusən də təcili olaraq dəyişdirməyə istisna hallarda yol verir. Müdir daim prioritetləri dəyişdirirsə, bunu onunla müzakirə etməyə dəyər.

 

13) Cinsi diskriminasiya

Bu ya iş yerindəki cinsi təcavüz, ya da vulqar zarafatlar, qadınların intellektual cəhətdən zəifliyinə eyhamlar və ya kişi həmkarlarına nisbətən aşağı maaş almaq şəklində təzahür edə bilər. Cinsiyyətə görə ayrı-seçkiliyin hər hansı bir təzahürü komandada stresli vəziyyətə səbəb olur və qadınların özünüqiymətləndirməsinə mənfi təsir göstərir. Həm şifahi xəbərdarlıq, həm də müvafiq orqanlara müraciətlə özünüzü belə hücumlardan müdafiə edin.

 

İş həyatımızın vacib bir hissəsidir və yalnız xoşbəxtlik gətirirsə, yaxşıdır. Təəssüf ki, bu, həmişə belə olmur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir